2010-cu ilin iyul – 2011-ci ilin iyul aylarını əhatə edən 13 aylıq təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər:
· Dövlət qulluqçusu olmalı və ya dövlət qurumunda çalışmalı (3 ildən artıq iş təcrübəsi olmaq şərti ilə);
· ali təhsilli olmalı;
· ingilis dilini yüksək səviyyədə bilməli;
· magistr proqramını bitirdikdən sonra ən azı bir il müddətində beynəlxalq inkişaf sahəsində çalışmaq imkanı olmalı;
· əqli və fiziki cəhətdən tam sağlam olmalı;
· bu vaxta qədər Koreya hökumətinin təqaüd proqramlarında iştirak etməmiş olmalıdır.
İki mərhələli seçim prosesində namizədlərin sənədlərinə baxılacaq və müvafiq namizədlərlə müsahibə aparılacaqdır.
Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
· KOICA ərizə forması;
· müvafiq ali təhsil müəssisəsinin ərizə forması;
· rəhbər şəxs tərəfindən yazılmış tövsiyə məktubu;
· əmək kitabçasının surəti;
· CV;
· diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surətləri;
· dil biliklərini təsdiq edən sertifikat və ya tövsiyə məktubu;
· şəxsiyyət vəsiqəsi və ya pasportun surəti;
· 3 x 4 ölçüdə iki ədəd fotoşəkil;
QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir.
Proqramda iştirak etmək arzusunda olan namizədlər müvafiq sənədləri cari ilin 18 may tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova; tel: 496-33-11; dax-248) təqdim etməlidirlər.