31.07.2019 16:00

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Təhsil Nazirliyində 2019-2020-ci tədris ilinə dərsliklərin, metodik vəsaitlərin, iş dəftərlərinin, məktəb sənədlərinin və dövlət nümunəli təhsil sənədləri blanklarının çapına dair 25 aprel 2019-cu il tarixdə keçirilmiş açıq tenderdə Tender Komissiyasının qərarına əsasən, 17 adda 447200 nüsxə məktəb sənədinin çapı işlərinin satın alınmasına dair “Çaşıoğlu Elm-İstehsalat” MMC tenderin qalibi olub.

İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 27 may 2019-cu il tarixli ASİMDX-15/01-5/5798P və 19 iyul 2019-cu il tarixli ASİMDX-15/01-5/1599S nömrəli məktublarına əsasən, 30 iyul 2019-cu il tarixdə həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.