21.09.2015 12:11

Kipr Respublikası Hökuməti tərəfindən 2010-2011-ci illərdə Kipr Beynəlxalq Menecment İnstitutunda (Cyprus International Institute of Management) Biznesin İdarəedilməsi (MBA) və Dövlət Sektorunun İdarəedilməsi (MPSM) üzrə magistr təhsili sahəsində 12 aylıq (sentyabr 2010-sentyabr 2011) təqaüd proqramları elan edilib.

Təqaüd proqramı çərçivəsində aşağıdakı xərclər ödənilir:
 
·        təhsil xərcləri;
·        750 avro məbləğində aylıq məvacib;
·        950 avro həcmində təyyarə bileti xərci;
·        yerləşmə ilə bağlı 70 avro məbləğində məvacib;
·        tədris materialları üçün 465 avro həcmində məvacib;
·        təqaüd başa çatdığı zaman ölkəni tərk etməklə bağlı 50 avro məbləğində məvacib;
·        yaşayış icazəsinin alınması ilə bağlı xərclər;
·        tibbi sığorta xərcləri.
 
Proqramda iştirak etmək arzusunda olan namizədlər:
 
·        ali təhsilli olmalı;
·        müvafiq sahədə ən azı 3 illik iş təcrübəsinə malik olmalı;
·        ingilis dilini mükəmməl səviyyədə bilməli (namizədlərdən TOEFL, TOIEC, IELTS və s. testlərin nəticələri tələb oluna bilər).
 
Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
 
·        orta təhsil haqqında şəhadətnamənin surəti;
·        diplom və diplom əlavəsinin surəti;
·        2 ədəd tövsiyə məktubu;
·        4 ədəd fotoşəkil.
 
Qeyd: sənədlər ingilis dilinə tərcümə edilməli və notarial qaydada təsdiq olunmalıdır. Sənədlər, həmçinin CD formatında (skayner edilməklə) da təqdim edilməlidir.
 
Təqaüd proqramı haqqında ətraflı məlumat və ərizə formasını http://www.ciim.ac.cy/easyconsole.cfm/id/51 internet səhifəsindən əldə edə bilərsiniz. Sənədlər cari ilin 10 iyun tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova–tel:496-33-11; dax:248) təqdim olunmalıdır.