03.06.2019 17:36

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində mövcud olan qazanxanaların istilik qazanlarının tüstü borularının təmizlənməsi işlərinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.

Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən Azərbaycan Respublikası “Yanğın” Texniki İstehsalat Mərkəzi qalib elan edilib və həmin təşkilatla 31 may 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.