21.09.2015 12:11

Koreyanın Koreyaşünaslıq üzrə Ali Məktəbi (Graduate School of Korean Studies) tərəfindən xarici vətəndaşlar üçün aşağıdakı ixtisaslar üzrə təqaüd elan edilib:

  • Humanitar elmlər, mədəniyyət və incəsənət, sosial elmlər, Koreyaşünaslıq üzrə magistr proqramı;
  • Humanitar elmlər, mədəniyyət və incəsənət, sosial elmlər üzrə doktorantura proqramı.
 
Qeyd: Magistr proqramı üçün müraciət etmək arzusunda olan namizədlərin bakalavr təhsili üzrə ixtisasının müraciət olunan təhsil proqramı ilə eyni olması şərt deyil.
 
Proqramda iştirak etmək arzusunda olan namizədlər:
 
  • ali təhsilli olmalı;
  • 40 yaşdan aşağı olmalı;
  • Koreyada eyni ixtisas üzrə hər hansı digər təhsil proqramında təhsil almamalıdır.
 
Elan edilmiş təhsil proqramı çərçivəsində tədris ingilis dilində aparılır. Bununla əlaqədar olaraq namizədlər ingilis dili biliklərini təsdiq edən müvafiq sənədi - TOEFL (əgər varsa) təqdim etməlidirlər.
 
Bütün sənədlər birbaşa olaraq Koreyaşünaslıq üzrə Ali Məktəbə təqdim olunmalıdır.
 
Proqram və sənədlər barəsində ətraflı məlumatları www.aks.ac.kr\admission internet səhifəsindən əldə etmək mümkündür.
 
Namizədlərin sənədlərinə baxıldıqdan sonra onlarla telefon vasitəsi ilə müsahibə aparılacaq. Seçilmiş namizədlər barəsində müvafiq məlumatlar internet səhifəsində yerləşdiriləcək və namizədlərə elektron poçt vasitəsi ilə bildiriləcək.
 
Təqaüd proqramı üçün son müraciət tarixi payız semestri üçün 30 aprel 2010-cu il, yaz semestri üçün isə 31 oktyabr 2010-cu ildir.