19.03.2019 23:16

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində içməli su üçün nəzərdə tutulan ehtiyat su təchizatı mənbələrinin (çənlərin, anbarların) dezinfeksiyası işlərinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.

Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən,  “SAN PROF” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 19 mart 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.