11.03.2019 15:00

Satınalma müqaviləsinin bağlanması barədə bildiriş

Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əhatə etdiyi ümumtəhsil müəssisələrinə texniki suyun satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.

Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, fiziki şəxs Muradov Kərim Abasqulu oğlu qalib elan edilib və həmin təşkilat ilə 11 mart 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.