19.02.2019 16:00

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrinin birinci sinfinə və məktəbəhazırlıq qrupuna qəbulun elektron sistem əsasında həyata keçirilməsi ilə əlaqədar müraciət edən  vətəndaşlara  məlumatların  operativ və avtomatlaşdırılmış formada çatdırılması üçün SMS vasitəsi ilə məlumatlandırma xidmətinin göstərilməsinin satın alınmasına dair keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.

Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən, “Softline Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 19 fevral 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.