18.02.2019 14:00

Kotirovkalar sorğusunda iştirakla bağlı bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparatında və tabeliyində fəaliyyət göstərən müəssisələrdə mövcud olan elektrotexniki avadanlıqlara texniki xidmətlərin göstərilməsinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.

Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən, “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Məlumat Hesablama Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə fevralın 15-də satınalma müqaviləsi bağlanıb.