17.01.2019 17:00

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən tabeliyində fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrində mühafizə xidmətinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.

Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “Alov Mühafizə” Məhdud Məsuliyyətli Cəmiyyətinin 7 saylı filialı qalib elan edilib və həmin təşkilat ilə 15 yanvar 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.