16.11.2018 14:50

Açıq tenderin nəticələri barədə bildiriş

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 26.07.2018-ci il tarixində elan etdiyi dövlət ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin əlavə təhsili üzrə təlimlərin satın alınmasına dair keçirilən açıq tenderin 1-ci, 2-ci, 3-cü və 4-cü lotları üzrə nəticələri aşağıdakı kimi olub:

1. 1-ci lot üzrə Odlar Yurdu Universiteti qalib elan olunub və onunla 2018-ci il noyabrın  14-də müvafiq satınalma müqaviləsi imzalanıb.

2. 2-ci lot üzrə Odlar Yurdu Universiteti qalib olub və onunla 30 oktyabr 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanıb.

3. 3-cü lot üzrə Azərbaycan Müəllim İnkişafı Mərkəzi qalib olub və onunla 30 oktyabr 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanıb.

4. 4-cü lot üzrə Azərbaycan Müəllim İnkişafı Mərkəzi qalib olub və onunla 30 oktyabr 2018-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanıb.

 

 Tender komissiyası