21.09.2015 12:11

Malayziya Təhsil Nazirliyi tərəfindən Malayziyanın Texniki Əməkdaşlıq Proqramı çərçivəsində müəllimlər və onların ixtisasartırılması sahəsində çalışan şəxslər üçün aşağıdakı mövzularda təlim proqramları elan edilir.

1. Dilin tədrisi prosesində İKT-nin tətbiqi – 11 oktyabr – 5 noyabr 2010-cu il
 
Namizəd üçün müəyyən edilmiş tələblər:
 
  • ingilis dilini işçi dili səviyyəsində bilməli;
  • müəyyən səviyyədə kompüter bacarıqlarına malik olmalı;
  • 45 yaşdan aşağı olmalı.
 
2. İkinci dilin tədrisində yoxlama və qiymətləndirmə - 11 oktyabr -5 noyabr    2010-cu il
 
Təlim proqramlarında iştirak edəcək namizədlər:
 
  • ingilis dilini işçi dili səviyyəsində bilməli;
  • 45 yaşdan aşağı olmalıdır.
 
Proqramda iştirakla bağlı xərclər təşkilatçılar tərəfindən ödəniləcəkdir. Ətraflı məlumatları və ərizə formalarını aşağıdakı linkdən əldə etmək mümkündür:
 
 
Proqramda iştirak etmək arzusunda olan namizədlər müvafiq qaydada doldurulmuş ərizə formasını cari ilin 31 may tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova: 496 33 11; 496 34 00, daxili nömrə-248) təqdim etməlidirlər.