21.09.2015 12:11

1-10 dekabr 2010-cu il tarixlərində Qara Qarayev adına pianoçuların Birinci Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və «Fortepiano Qara Qarayev yaradıcılığında» Birinci Beynəlxalq elmi-ifaçılıq konfransı keçiriləcək.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
ÜZEYİR HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASI
BMA-nın ORTA İXTİSAS MUSİQİ MƏKTƏB-STUDİYASI 
QARA QARAYEV adına PİANOÇULARIN BİRİNCİ BEYNƏLXALQ ELMİ-İFAÇILIQ MÜSABİQƏ
və
«FORTEPİANO QARA QARAYEV YARADICILIĞINDA»
BİRİNCİ BEYNƏLXALQ ELMİ-İFAÇILIQ KONFRANSININ
ƏSASNAMƏ
2010-cu il, 1-10 dekabr 
Bakı Musiqi Akademiyasının 90 illik və BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasınin 30 illiyinə həsr olunur

 ÖN SÖZ
Elmi-ifaçiliq müsabiqə və konfransları ifaçi-musiqiçilərin yaradici işinin yeni növləri kimi 
Bakı şəhərində müntəzəm keçirilən elmi-ifaçılıq konfrans və müsabiqələri üslub, janr, musiqi dili, tarixi-musiqi proses təzahürlərinin hər tərəfli öyrənilməsinə, bir-biri ilə kəsişən elmlərə aid tədqiqi nəticələrin cəlb olunmasına və sintezləşdirici təfəkkür növünün inkişafına yönəldilmişdir. Müasir ifaçılıq məktəbinin yüksək professionallığı və ustalığı ifaçılardan nəinki kamil texniki, praktiki hazırlığı, həm də elmi-nəzəri biliklərin əsaslı bazasını tələb edir.
Geniş ixtisaslı, müxtəlif texnoloji biliklərə malik mütəxəssis-musiqiçilərin modelləşdirilməsi ideyası Azərbaycan Konservatoriyası (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) tərəfindən təşkil olunub keçirilən, dünya təcrübəsində analoqu olmayan elmi-ifaçılıq konfrans və müsabiqələrində öz praktiki ifadəsini tapmışdır.
Azərbaycanda bu cür müsabiqə və konfransların bir rübdən çox tarixi vardır.
Elmi-praktiki konfrans və müsabiqələrin əsas məqsədi – təcrübənin ifaçılıq nəzəriyyəsi ilə yaxınlaşdırılması, musiqi məzmununun mahiyyətinin anlanılmasını təmin edən yeni eksperimental-yaradıcı metodlardan istifadə olunması, professional vərdiş və biliklərin kamilləşdirilməsidir.
İlk elmi-ifaçılıq konfransı 1983-cü ilin aprel ayında keçirilmişdir. Tədbirdə müxtəlif ixtisaslara aid yüksək professional musiqiçilər iştirak etmişdir. Onlardan respublikamızın xalq vəəməkdar artistləri olan Z.Adıgözəlzadə, L.İmanov, R.Quliyev, S.Qəniyev, N.Sultanov və başqalarının adları qeyd edilməlidir.
Həmin ildən etibarən BMA tələbələrinin və digər ali məktəblərə aid musiqi fakultələri şagirdlərinin iştirakı ilə də elmi-ifaçılıq müsabiqələri keçirilməyə başlamışdır. Bir qədər sonra bu prosesə BMA məktəb-studiyasını şagirdləri də qoşulmuşdur. Beləliklə, respublikamızda musiqi təhsili sisteminin bütün hissələri, hərtərəfli inkişaf etmiş, geniş ümumnəzəri hazırlıq keçmiş musiqiçi-professionalın formalaşdırılması üçün zəmin yaratmışdır.
Bu sahədəəldə edilən nəticələrin son yekunu Q.Qarayevin 90 illiyinə həsr olunmuş “Təhlil və ifa edir gənc musiqiçilər” Birinci Respublika elmi-ifaçılıq müsabiqəsi, eləcə də BMA və məktəb-studiya müəllimlərinin “Fortepiano Qara Qarayev yaradıcılığında” elmi-ifaçılıq konfransıdır. Bu tədbirlər elmi-ifaçılıq müsabiqələrinin keçirilmə təcrübəsinin effektivliyini, eləcə də həmin təcrübənin müxtəlif ölkə mütəxəssisləri tərəfindən öyrənilməsinin zəruriliyini nümayiş etdirmişdir. Həmin tədbirlər həm də 2010-cu ildə Birinci Beynəlxalq elmi-ifaçılıq müsabiqəsinin və onun çərçivəsində Birinci Beynəlxalq elmi-ifaçılıq konfransının keçirilməsinəəsas yaratmışdır.
İdeya müəllifi və bu layihələrin bədii rəhbəri – Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidov.
 
QARA QARAYEV ADINA PIANOÇULARIN BIRINCI BEYNƏLXALQ ELMI-IFAÇILIQ MÜSABIQƏ
(2010-cu il, 1 – 10 dekabr)
1. Pianoçuların Qara Qarayev adına Birinci Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi 10 yaşından 30 yaşınadək musiqiçilər üçün keçirilir.
2. Müsabiqə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının zəmini əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunur.
3. Müsabiqə Heydər Əliyev adına Fondun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin, Mədəniyyət vəTurizm Nazirliyinin, Bəstəkarlar İttifaqının və Musiqi Xadimləri İttifaqının dəstəyi ilə keçirilir.
 
ELMİ-İFAÇILIQ MÜSABİQƏSİNİN MƏQSƏDLƏ
1. Qara Qarayevin fortepiano yaradıcılığının dərin öyrənilməsi vasitəsilə təbliği.
2. Nəzəriyyə və ifaçılıq təcrübəsinin qarşılıqlı vəhdəti.
3. Müxtəlif ölkələrin musiqi mədəniyyətinin yaxınlaşdırılması.
 
MÜSABİQƏNİN ŞƏRTLƏ
1. Müsabiqədə 30 yaşına qədər musiqiçilər iştirak edə bilər.
2. Bütün iştirakçılar göndərilmiş məruzə mətnləri əsasında seçiləcəklər.
3. Müsabiqəyə buraxılan musiqiçilərin sayı 50-dən çox olmamalıdır.
4. İştirakçıların ifa edəcəkləri əsərlər və məruzələrin mövzuları Qara Qarayevin və öz ölkəsinin bir bəstəkarının əsərinə aid olmalıdır. Müsabiqənin hər bir iştirakçısı birinci mərhələdə məruzə etməli, ikinci mərhələdə isə Qara Qarayevin aşağıda təqdim olunan əsərləri siyahısından seçdiyi əsərlərin, eləcə də öz ölkəsinin bəstəkarına aid (XX əsrin 50-ci illərindən sonra yazılmış) bir əsərin ifası ilə çıxış etməlidir.
5. Mərhələdə çıxış üçün ayırılan reqlament birinci yaş qrupu üçün – 15-25 dəqiqə, ikinci yaş qrupu üçün – 20-30 dəqiqədir.
6. Müsabiqəyə buraxılan musiqiçilər 2010-cu il noyabrın 1-dək dəvət alacaqdır.
7. İştirak etmənin ardıcıllığı püşkatma əsasında təyin olunacaqdır.
8. Müsabiqədə gerçəkləşdirilən audio-və videoyazıların bütün hüquqları təşkilat komitəsinə məxsusdur.
9. İştirakçıların yol, yaşayış və qida xərci ya onların özləri, ya da göndərildiyi idarənin hesabına təmin olunmalıdır.
10. Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilir. Hər bir yaş qrupu üzrə mükafat yerlərini tutan qaliblər «Beynəlxalq müsabiqə laureatı» adına layiq görülür. Diplom alan şəxslərə isə «Beynəlxalq müsabiqə diplomantı» adı verilir.
11. Mükafatların məbləği Azərbaycan manatı ilə verilir.
12. Münsiflər heyəti mükafatları verib-verməmək, eləcə də onları iştirakçılar arasında bölmək hüququna malikdir.
13. Münsiflər heyətinin üzvləri onların sinfində təhsil alan iştirakçılara səs vermək hüququndan məhrumdur.
14. Münsiflər heyətinin qərarı həlledicidir: burada nə şikayət vermə, nə də təkrar müzakirə ola bilməz.
15. Bütün iştirakçılara müsabiqədə iştirak etmə barədə sertifikat veriləcəkdir.
16. Müsabiqə laureatları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında yekun konsertdə iştirak edəcəklər.
 
Birinci mərhələ
1. İkinci mərhələdə ifa ediləcək əsərə dair məruzə edilməlidir. Məruzənin mətni hər bir yaş qrupuna müvafiq olaraq üç-dörd və dörd-beş çap vərəqi həcmində olmalı və aşağıda sadalanan aspektlərin bəzilərini daxil etməlidir:
- bəstəkarın yaradıcılıq üslubu haqda qısa məlumat;
- əsərin obraz-emosional məzmununun açıqlanması, eləcə də şəxsi qavranılıb, anlanılması;
- ifaçılıq interpretasiyası məsələləri – ifadə vasitələri və yazı üslubunun nəzərdən keçirilməsi (bütün bunlar bədii ifadə inikası, alətin səs palitrasının təfsirinə bəstəkar tərəfindən məxsusi yanaşılma, ifaçılıq məsələlərinin spesifikası və texniki çətinliklərin təyinatı və mümkün vasitələrlə aradan qaldırılması nöqteyi-nəzərindən baxılmalıdır);
- ənənəvi-milli və müasir ifadə vasitələrinin vəhdəti prosesinin təhlili; Qarayev yaradıcılığının dünya musiqi sənəti ilə qarşılıqlı təsiri məsələləri.
2. İkinci mərhələdə ifa olunacaq öz ölkəsinin bəstəkarına aid konsert əsərləri haqda qısa məlumat (iki çap vərəqindən çox olmayaraq).
Qeyd: şifahi məlumat zamanı əsərlərin təhlilinin əsas müddəalarını fortepianoda fraqment şəklində illüstrasiya edilməsi zəruridirsə, buna yol verilir.
 
İkinci mərhələ
Birinci mərhələdə baxılan əsərlərin konsert ifası (əzbər). 
 
QARA QARAYEVİN FORTEPİANO ƏSƏRLƏRİNİN
SİYAHISI
Not mətninə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin saytında baxa bilərsiniz: http: //www.mct.gov.az 
9. «12 fuqa» (1981). 
MÜSABİQƏ İŞTİRAKÇILARININ YAŞ QRUPLARI
Birinci qrup - 10-16 yaş
(1994-cü il 1 dekabrdan 2000-ci il 1 dekabradək müddətdə doğulanlar)
İkinci qrup - 17-30 yaş
(1980-cı il 1 dekabrdan 1993-cü il 1 dekabradək müddətdə doğulanlar)
 
ELMİ-İFAÇILIQ MÜSABİQƏSİNİN BİRİNCİ YAŞ QRUPU ÜÇÜN
PROQRAMI
1. Qara Qarayevin fortepiano əsəri (bəstəkarın yuxarıda təqdim olunmuş fortepiano əsərləri siyahısındakı ilk səkkiz variantdan birini seçmək)
2. Öz ölkəsinin bəstəkarına aid bir və ya bir neçə solo konsert əsəri (XX əsərin II yarısı - XXI əsrin əvvəlində yazılan; hər bir əsərin yazıldığı il göstərilməlidir). Azərbaycan vətəndaşları olan ifaçılar isə Qarayev istisna olaraq, istənilən Azərbaycan bəstəkarının əsərini və ya əsərlərini seçməlidir. 
 
ELMİ-İFAÇILIQ MÜSABİQƏSİNİN İKİNCİ YAŞ QRUPU ÜÇÜN
PROQRAMI
1. Qara Qarayevin fortepiano əsəri (bəstəkarın yuxarıda təqdim olunmuş fortepiano əsərləri siyahısındakı ilk səkkiz variantdan birini seçmək).
2. Qara Qarayevin «12 fuqa» (1981): istənilən bir vəya bir neçə fuqa
3. Öz ölkələrinin bəstəkarına aid (səsləniş müddətindən asılı olaraq bir neçə də ola bilər) solo konsert əsəri (XX əsrin II yarısı – XXI əsrin əvvəlində yazılan; hər bir əsərin yazıldığı il göstərilməlidir). Azərbaycan vətəndaşları olan ifaçılar isə Qarayev istisna olaraq, istənilən Azərbaycan bəstəkarının əsərini və ya əsərlərini seçməlidir.
Qeyd: Bütün fortepiano əsərləri əzbər ifa olunmalıdır. Yalnız Qara Qarayevin fuqaları not üzündən ifa edilə bilər.
 
İŞTİRAKÇILARIN ELMİ-İFAÇILIQ MÜSABİQƏSİNƏ TƏQDİM EDƏCƏKLƏRİ SƏNƏDLƏR
1. İştirakçıların özünün və ya təhsil müəssisəsinin ərizəsi (məruzələrin mövzularının, ifa olunan proqramın göstərilməsi şərtilə; əsərlərin adı, yazıldığı il və səsləniş müddəti dəqiq göstərilməlidir).
2. Doğum şəhadətnaməsinin və ya şəxsiyyət vəsiqəsinin surəti.
3. 13x18 ölçüdə 2 rəngli foto şəkil.
4. Qısa tərcümeyi-hal və yaradıcılıq xasiyyətnaməsi.
5. Q.Qarayev əsərlərinin məruzəsinin mətni və öz ölkəsinin bəstəkarının əsərləri haqda qısa məlumat dörd dildən birində (azərbaycan, türk, rus və ya ingilis) istifadə olunan ədəbiyyat göstərilməklə təqdim olunmalıdır.
 
ƏRİZƏ VERMƏNİN QAYDASI
Müsabiqədə iştirak etmək istəyənlər öz ərizələrini (tam sənədlər paketi ilə birgə) Təşkilat komitəsinə bu ünvana təqdim etməlidirlər: AZ 1014, Bakı, Şəmsi Bədəlbəyli küçəsi, 98, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, məktəb-studiya. Sənədlərləərizə 1 oktyabr 2010-cu il tarixinədək göndərilməlidır (ərizənin alınma tarixi poçt möhürü ilə təsdiqlənir).
Telefon: (+99412) 4931917,
tel./faks: (+99412) 5980194 (BMA, məktəb-studiya),
 
QALİBLƏRİN MÜKAFATLANDIRILMASI
Hər bir yaş qrupunun iştirakçıları üçün hər iki mərhələdə pul mükafatları və diplomlar nəzərdə tututulmuşdur.
Birinci yaş qrupu üçün (10-16 yaşənda):
I mükafat – 1000 manat
II mükafat – 750 manat
III mükafat – 500 manat
IV mükafat – 300 manat
Beş diplom (hər biri 200 manat) – 1000 manat
 
İkinci yaş qrupu üçün (17-30 yaşənda):
I mükafat – 1500 manat
II mükafat – 1000 manat
III mükafat – 750 manat
IV mükafat – 500 manat
Beş diplom (hər biri 250 manat) – 1250 manat
 
«FORTEPİANO QARA QARAYEV YARADICILIĞINDA» BİRİNCİ BEYNƏLXALQ ELMİ-İFAÇILIQ KONFRANSI
Müsabiqə səviyyəsində «Qara Qarayev yaradıcılığında fortepiano» elmi-ifaçılıq konfransı keçiriləcəkdir. Konfransda yaşından asılı olmayaraq bütün pianoçular iştirak edə bilər. Qara Qarayevin yuxarıda sadalanan əsərlərindən əlavə, bu əsərləri də məruzə və ifa mövzusu kimi seçilə bilər: səs ilə fortepano üçün Puşkinin sözlərinə iki romans – «Gürcüstan təpələrində», «Mən sizi sevirdim» (1949), Kaman və fortepiano üçün Sonata (1960).
Müsabiqədən fərqli olaraq, konfrans iki hissədən – elmi və ifaçılıq hissələrindən ibarət bir bütöv mərhələdə keçiriləcəkdir. Hər bir iştirakçı Qarayevin əsərlərindən biri haqda elmi məruzə ilə çıxış edib, sonra əsəri ifa etməlidir (not üzündən ifa edilə bilər).
Çıxışın reqlamenti - 20-30 dəqiqədir.
 
«FORTEPİANO QARA QARAYEV YARADICILIĞINDA»
ELMİ-İFAÇILIQ KONFRANSI İŞTİRAKÇILARININ
TƏQDİM EDƏCƏYİ SƏNƏDLƏR
1. İştirakçının özünün və ya işlədiyi müəssisənin ərizəsi, Qara Qarayevin ifa olunacaq əsərinin adının və məruzə mövzusunun göstərilməsi şərtilə.
2. 13x18 ölçüdə 2 rəngli foto şəkil.
3. Qısa tərcümeyi-hal və yaradıcılıq xasiyyətnaməsi.
4. Məruzənin mətni dörd dildən birində (azərbaycan, türk, ingilis və ya rus) istifadə olunmuş ədəbiyyat göstərilməsi şərtilə) 2010-cu il 1 oktyabr tarixindən gec olmayaraq müsabiqənin Təşkilat komitəsinə yollanılmalıdır.
 
ELMİ-İFAÇILIQ KONFRANSINDA İŞTİRAK ETMƏK ÜÇÜN
ƏRİZƏ TƏQDİMATININ QAYDASI
Konfransda iştirak etmək istəyən pianoçular öz ərizələrini (tam sənədlər paketi ili birgə) 2010-cu il oktyabrın 1-dək Təşkilat komitəsinə bu ünvana göndərməlidirlər:
AZ 1014, Bakı, Şəmsi Bədəlbəyli küçəsi, 98,
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, məktəb-studiya (ərizənin alınma tarixi poçt möhürü ilə təsdiqlənir).
Telefon: (+99412) 4931917,
tel./faks: (+99412) 5980194 (BMA, məktəb-studiya).
Qeyd:
1. Qara Qarayevin ansambl əsərlərinin ifası üçün ərizədə konsertmeysterin olub-olmaması göstərilməlidir. Konsertmeyster olmadıqda Təşkilat komitəsi iştirakçıya pulsuz olaraq konsertmeyster təqdim edir (vokalçı və ya skripkaçı). Əgər iştirakçı öz konsertmeysteri ilə çıxış edəcəksə, onun müsabiqə boyu bütün xərclərini öz öhdəsinə götürməlidir.
2. Yol xərci, qalmaq və yemək haqqı iştirakçıların özlərinin və ya onları göndərən təşkilat tərəfindən həyata keçirilir.
3. Konfrans iştirakçıları 1 noyabr 2010-cu ilə qədər dəvət alacaqlar.
4. Konfransın və müsabiqənin nəticələri üzrə «Dəyirmi masa» təşkil olunacaq və tədbir Qara Qarayevin fortepiano yaradıcılığının öyrənilməsi ilə ifasının perspektivlərinə həsr ediləcəkdir.