21.09.2015 12:11

"SU TƏCHİZATI VƏ KANALİZASİYA SİSTEMLƏRİNİN LAYİHƏLƏNDİRİLMƏSİNƏ DAİR AVROPA İTTİFAQI TƏLİMATLARININ VƏ SEÇİLMİŞ BEYNƏLXALQ STANDARTLARIN İZAH EDİLMƏSİ" MÖVZUSUNDA TƏLİM KURSUNUN KEÇİRİLMƏSİNƏ MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ
 
DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ
LAYİHƏSİ   (Kredit N- 4595AZ)
 
"SU TƏCHİZATI VƏ KANALİZASİYA SİSTEMLƏRİNİN LAYİHƏLƏNDİRİLMƏSİNƏ DAİR AVROPA İTTİFAQI TƏLİMATLARININ VƏ SEÇİLMİŞ BEYNƏLXALQ STANDARTLARIN İZAH EDİLMƏSİ" MÖVZUSUNDA TƏLİM KURSUNUN KEÇİRİLMƏSİNƏ
 
 
MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT
 
Azərbaycan Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub.
 
Təlim proqramının məqsədi:
Avropa İttifaqının daxili iş üsullarından və standartlarından istifadə edərək, habelə Beynəlxalq Maliyyə Qurumlarının maliyyələşdirdikləri layihələrin tələblərinə riayət edərək, Azərsu ASC-nin, Dövlət Meliorasiya və Su Ehtiyatlarının Tənzimlənməsi ASC-nin, Naxçıvan MR-nın Dövlət Meliorasiya və Su Ehtiyatlarının Tənzimlənməsi İdarəsinin rəhbərliyinin, su sistemləri əməliyyatçılarının, su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi üzrə məsləhətçilərin və mühazirəçilərin biliklərini genişləndirməkdir.
 
İcraçı təşkilat üçün ixtisas tələbləri:
  • Su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi sahəsində geniş təcrübəyə və bacarıqlara malik olan nüfuzlu məsləhətçi şirkəti olması;
  • Əsas heyət su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və inşasına nəzarət edilməsi və müvafiq təlim kurslarının keçirilməsi sahəsində azı 10 il və ya daha uzun iş təcrübəsinə malik olmalıdır;
  • İngilis və rus dillərində səlis danışan namizədlərə üstünlük verilir.

İcra müddəti və yer: fevral-may 2010-cu il, Bakı, Azərbaycan
 
Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan təlim kursunun həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il, fevralın 12-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər:
  • müraciət məktubu;
  • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
  • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
  • nizamnamə.
 
Şirkət Dünya Bankının “Məsləhətçilərin Borcalanlar tərəfindən seçimi və cəlb edilməsi üzrə Qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.
Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49.
Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupu,
Əlaqələndirici şəxs: Elvin Rüstəmov
Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68.