17.05.2016 12:00

Dərslik siyasəti sahəsində mütəxəssis xidmətləri tələb olunur!

Xidmətin predmeti: Dərslik siyasətinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması.

 

Namizədlərə verilən tələblər:

 

1. Təhsili: Namizəd təhsil yaxud iqtisadiyyat, humanitar, idarəetmə sahəsində ali təhsilə malik olmalıdır. Tanınmış xarici ali məktəblərdə təhsil almış namizədlərə üstünlük veriləcəkdir.

2. Təcrübəsi: Namizəd təhsil sahəsində təcrübəyə malik olmalıdır. Təhsil sahəsində tədqiqatlar aparmış, dərslik siyasəti sahəsində ölkənin qanunvericiliyini bilən və beynəlxalq təcrübəyə dair məlumatlı olan namizədlərə üstünlük veriləcəkdir.

3. İKT-dən istifadə bacarıqları: Namizəd Windows əməliyyat sistemindən, Microsoft Office paketindən sərbəst istifadə etməyi bacarmalıdır. Statistik təhlil proqramlarından istifadə etməyi bacaran namizədlərə üstünlük veriləcəkdir.

4. Dil bilmə səviyyəsi: Namizəd Azərbaycan və ingilis dilini mükəmməl səviyyədə bilməlidir.

 

Göstəriləcək xidmətlər: Dərslik siyasəti sahəsində mövcud qanunvericiliyin təhlili, dərslik siyasətinin inkişafını və hədəflərini təmin edən istiqamətlərin müəyyənləşdirilməsi və bu sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsinə, o cümlədən “Dərsliklərin istifadəsinə icazənin verilməsi Qaydaları”nın və “Ümumi təhsili həyata keçirən dövlət və bələdiyyə təhsil müəssisələrinin dərsliklərlə təminatı haqqında Qaydalar”ın hazırlanmasına dair təkliflər vermək.

 

Müraciət forması: Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıq etmək arzusunda olan şəxslər öz tərcümeyi-halını (CV) 17.06.2016-cı il tarixədək rustamov@edu.gov.az e-poçtuna göndərə bilərlər.

Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək bu ünvandan əldə etmək olar:

 

Ünvan: AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Əlaqələndirici şəxs: Elvin Rüstəmov

Əlaqə telefonları: (+ 994 12) 599-11-55 (daxili: 5282)

E-poçt: rustamov@edu.gov.az