11.03.2016 17:00

Martın 15-də T. İsmayılov adına 6 nömrəli məktəb-liseyin akt zalında növbəti “Novruz mühazirəsi” keçiriləcək.

Görüşdə təhsil eksperti Etibar Əliyevin “Postmodernizm və təhsil” mövzusunda mühazirəsi dinləniləcək.

Novruz mühazirələri”ndə iştirak etmək istəyən şəxslər novruzmuhaziresi@media.edu.az elektron poçt vasitəsilə 15.03.2016-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması).

Təhsil Nazirliyi yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, iştirakçıların seçim hüququnu özündə saxlayır.

Tədbir saat 16:30-da T. İsmayılov adına 6 nömrəli məktəb-liseyin akt zalında keçiriləcək.

Ünvan: Bakı şəhəri, Şövkət Ələkbərova küçəsi 2.

Mühazirədə iştirak üçün geyim sərbəstdir.


Açar sözlər: