09.03.2016 12:00

Ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının “Thomson Reuters” bazasında olan jurnallarda çap olunmuş elmi əsərlərinə görə mükafatlandırılması ilə bağlı elan

    Təhsil Nazirliyi Azərbaycanın elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanınması, ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin və nəşr aktivliyinin daha da aktivləşdirilməsi məqsədilə “Thomson Reuters” bazasında olan jurnallarda çap olunmuş elmi əsərlərə görə mükafatlandırma üzrə müsabiqə keçirəcək.

    Müsabiqə ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin keyfiyyət göstəricisinə əsasən həyata keçiriləcək.

    Müəlliflərin elmi fəaliyyətinin keyfiyyət göstəricisi Təhsil Nazirliyi tərəfindən hazırlanıb təsdiq edilmiş xüsusi metodika ilə müəyyənləşdiriləcək.

    Müsabiqə aşağıdakı 5 elmi istiqamət qrupu üzrə aparılacaq.

    - Riyaziyyat və texniki elmlər;

    - Fizika, kimya, biologiya;

    - Humanitar elmlər;

    - İqtisadiyyat və idarəetmə;

    - Tibb elmləri.

    Müsabiqədə ildə 1 dəfə olmaqla, təqvim ilinin sonunda təşkil ediləcək və bununla bağlı Təhsil Nazirliyinin saytında ətraflı məlumat veriləcəkdir.

 

    Ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin “Thomson Reuters” (TR) bazaları üzrə qiymətləndirilməsi metodikası