04.03.2016 16:00

Martın 9-da Azərbaycan Dövlət İqtisad Universitetinin akt zalında (4-cü korpusu) növbəti “Novruz mühazirəsi” keçiriləcək.

Görüşdə Əməkdar müəllim Asif Cahangirovun “Təhsil Strategiyasının əsas dayağı: səriştə əsaslı təhsil” mövzusunda mühazirəsi dinləniləcək.

“Novruz mühazirələri”ndə iştirak etmək istəyən şəxslər novruzmuhaziresi@media.edu.az elektron poçt vasitəsilə 09.03.2016-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması).

Təhsil Nazirliyi yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, iştirakçıların seçim hüququnu özündə saxlayır.

Tədbir saat 16:30-da Azərbaycan Dövlət İqtisad Universitetinin akt zalında (4-cü korpusu) keçiriləcək.

Mühazirədə iştirak üçün geyim sərbəstdir.


Açar sözlər: