02.03.2016 16:00

“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyənlər üçün müsabiqə

Təhsil Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Belə ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən icra olunan “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində  təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyən şəxslərin Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhəri üzrə nazirliyə tabe qurumlarda bir il müddətinə təcrübə proqramı və təlimlərə cəlb olunması məqsədilə müsabiqə elan edilir.

Layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və təkmilləşdirməkdir.

                Təcrübə proqramı və təlimlərdə gələcəkdə ölkənin müxtəlif bölgələrində təhsil sahəsində çalışmaq istəyi olan şəxslər iştirak edə bilərlər.

Təcrübə proqramı və təlimlərdə iştirak etmək hüququ qazanmış şəxslər 1 il ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhəri üzrə ona tabe qurumlarda təcrübə keçmək və təlimlərdə iştirak etmək imkanı əldə edərək, müəyyən edilmiş aylıq əməkhaqqı alacaqlar.

 

Müsabiqədə iştirak üçün tələblər:

- Ali təhsil

- Təhsil və ya idarəetmə sahəsində minimum 3(üç) illik iş təcrübəsi, (üstünlük bölgələrdən olan namizədlərə veriləcəkdir.)

 

Namizədlərdən gözlənilən digər keyfiyyətlər:

- İngilis dili bilikləri

- Liderlik bacarığı

- Yüksək motivasiya

- Səmərəli qərar qəbuletmə bacarığı

- Nəticəyönümlülük

- İKT-dən istifadə bacarığı

- Məntiqi düşüncə bacarığı

- Təhsil qanunvericiliyi üzrə biliklər

 

Müraciət qaydası:

Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər müraciət məqsədilə www.miq.edu.az/tm  portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər.

  

Müraciət üçün son tarix: 19 mart 2016-сı il.

               

Seçim qaydaları:

I mərhələ: www.miq.edu.az/tm  portalında elektron qeydiyyatın aparılması;

II mərhələ: Müsabiqənin tələblərinə uyğun gələn və elektron qeydiyyatdan keçən şəxslərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqlarının qiymətləndirilməsi;

III mərhələ: Hər iki mərhələdə uğur qazanmış şəxslərin müsahibədə iştirak etməsi;