01.03.2016 14:00

Martın 4-də 23 nömrəli tam orta məktəbdə növbəti “Novruz mühazirəsi” keçiriləcək.

Görüşdə Təhsil eksperti, professor Şahlar Əsgərovun “Biliyin qiymətləndirilməsi fəlsəfəsi” mövzusunda mühazirəsi dinləniləcək.

“Novruz mühazirələri”ndə iştirak etmək istəyən şəxslər novruzmuhaziresi@media.edu.az elektron poçt vasitəsilə 04.03.2016-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması).

Təhsil Nazirliyi yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, iştirakçıların seçim hüququnu özündə saxlayır.

Tədbir saat 16:00-da 23 nömrəli tam orta məktəbin akt zalında keçiriləcək.

Mühazirədə iştirak üçün geyim sərbəstdir.


Açar sözlər: