25.02.2016 17:00

Martın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti “Novruz mühazirəsi” keçiriləcək.

Görüşdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun “Azərbaycan iqtisadiyyatı: oxşar çağırışlar, fərqli baxışlar” mövzusunda mühazirəsi dinləniləcək.

“Novruz mühazirələri”ndə iştirak etmək istəyən şəxslər novruzmuhaziresi@media.edu.az elektron poçt vasitəsilə 01.03.2016-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması).

Təhsil Nazirliyi yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, iştirakçıların seçim hüququnu özündə saxlayır.

Tədbir saat 16:30-da UNEC-in əsas tədris korpusunun I mərtəbəsində yerləşən “Ağ zal”da keçiriləcək (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6).

Mühazirədə iştirak üçün geyim sərbəstdir.


Açar sözlər: