28.12.2015 17:02

Dövlət Mükafatları Komissiyasının məlumatı

Azərbaycan Respublikasının  Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Azərbaycan Respublikasının  Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2016-cı il üçün Dövlət  Mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir.

Müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli  Fərmanı ilə təsdiq  edilmiş Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində  göstərilən qaydalara uyğun  hazırlanmalı və 2016-ci il aprelin 1-dək Komissiyaya təqdim edilməlidir.

Komissiyanın ünvanı: AZ 1066, Bakı şəhəri, Lermontov küçəsi 68, Azərbaycan Respublikasının Nazirlər Kabineti. Əlaqə telefonu: 492-56-01. E-mail: nk@cabmin.gov.az