12.11.2015 17:56

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını və “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununu rəhbər tutaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyri-hökümət təşkilatları arasında aşağıdakı istiqamətlər üzrə layihələrin qəbulunu elan edir

  • Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının təşkili
  • Beynəlxalq təhsil modelləri əsasında orta ümumtəhsil məktəblərində qeyri-formal təhsilin təşkili

Layihə təklifləri 19 noyabr 2015-ci ilədək Nazirliyə çap və ya elektron poçt (layihe@edu.gov.az) vasitəsilə təqdim olunmalıdır. Müraciət zamanı təşkilatlar layihə və büdcə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:

  • QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti
  • Təşkilatın Nizamnaməsinin surəti
  • Təşkilatın Dövlət Reyestrindən Çıxarışının surəti
  • Təşkilatın VÖEN-in surəti
  • Təşkilat haqqında məlumat
  • Layihəyə rəhbərlik edəcək şəxsin və əsas əməkdaşların tərcümeyi-halı (CV)