02.11.2015 17:06

“Sabahın alimləri” V Respublika Müsabiqəsi

Azərbaycan Respublikasının təhsil naziri “Sabahın alimləri” V Respublika müsabiqəsinin keçirilməsi barədə 27 oktyabr 2015-ci il tarixli 1023 nömrəli əmr imzalamışdır. Əmrə əsasən 2016-cı il 11-13 fevral tarixlərində keçiriləcək bu müsabiqədə ölkəmizdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdləri öz elmi layihələri ilə iştirak edə bilərlər.

“Sabahın alimləri” Respublika müsabiqəsi hər il ABŞ-da keçirilən İntel İSEF – İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir və ciddi elmi nəticə əldə etmiş şagirdlər münsiflər heyəti tərəfindən seçilərək İntel İSEF-də iştiral etmək hüququ qazanırlar.

Müsabiqənin kateqoriyaları:

- Riyaziyyat

- Fizika, astronomiya

- Kimya

- Biologiya (zoologiya, botanika, mikrobiologiya, genetika və molekulyar biologiya, biokimya)

- Tibb və sağlamlıq

- Ekologiya, ətraf mühitin idarə olunması

- Mühəndislik (energetika, mexanika, nəqliyyat, biomühəndislik və s.)

- Kompüter elmləri.

“Sabahın alimləri” Respublika müsabiqəsində iştirak etmək istəyən şagirdlər 2015-ci il 5 noyabr tarixindən başlayaraq http://sabahinalimleri.edu.az saytında qeydiyyatdan keçməlidirlər.

Müsabiqə ilə bağlı bütün məlumatları həmin saytdan əldə etmək olar.

Müsabiqəyə elmi dəstək Bakı Dövlət Universiteti , Azərbaycan Texniki Universiteti , Sumqayıt Dövlət Universiteti , Naxçıvan Dövlət Universiteti  və Qafqaz Universiteti tərəfindən verilir.

 

“Sabahın alimləri” V Respublika müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri


Açar sözlər: ,  ,  ,