21.09.2015 12:11

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi və A.S. Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasına 2015-2016-cı tədris ili üçün VII, VIII və IX siniflər üzrə şagird qəbulu elan edilir.

Gimnaziya və liseylərdə xüsusi istedadlı şagirdlərin təhsili üçün fərqli proqramlar tətbiq olunur, onlar keyfiyyətli təhsillə təmin edilirlər. Ənənələri ilə seçilən, təcrübəli pedaqoji kollektivə malik gimnaziya və liseylər şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz edilib. İnteraktiv tədris yüksək texnologiyaların tətbiqi ilə həyata keçirilir. İstedadı ilə seçilən məktəblilərin yerli və beynəlxalq olimpiadalara hazırlanması üçün müvafiq mərkəzlər fəaliyyət göstərir. Bununla yanaşı, gimnaziya və liseylərdə aşağıdakılar mövcuddur:
• Kimya, fizika və biologiya laboratoriyalarında praktiki iş
• Texniki avadanlıqlar ilə zəngin kabinetlər
• Zəngin kitabxana
• Müasir standarlara cavab verən yataqxana imkanları
• Dövlət hesabına qidalanma
• Açıq və qapalı idman meydançaları
• Məktəbdənkənar tədbirlər
• Şagirdlərin hərtərəfli inkişafına imkan yaradan unikal proqramlar
Hal-hazırda VI, VII və VIII siniflərdə təhsil alan şagirdlər gimnaziya və liseylərdə yaradılmış qəbul komissiyalarına ərizə ilə müraciət edə bilərlər. Sənədlərin qəbulu hər gün (bazar günü istisna olmaqla) saat 10:00-dan 17:00-dək qeyd olunan gimnaziya və liseylərdə aparılır. Bundan başqa, aşağıda adı çəkilən sənədlərin elektron şəkildə qəbulu e-qebul@edu.gov.az elektron poçtu vasitəsilə aparılır. Elektron sənəd göndərərkən mövzu yerində qəbul olmaq istədiyiniz məktəbin adını qeyd edin. Qəbul imtahanları 16 may 2015-ci il tarixlərində keçiriləcəkdir.
Müraciət üçün son tarix: 8 may 2015-ci il
Tələb olunan sənədlər:
• Doğum haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsinin surəti
• 2 ədəd 3X4 ölçülü fotoşəkil 
 
Əlavə məlumat almaq üçün aşağıdakı ünvanlara müraciət edə bilərsiniz:
Fizika-riyaziyyat və informatika təmayüllü respublika liseyi:
Yasamal rayonu, Əhməd Cəmil küçəsi 3
Əlaqə telefonu: (012) 510-76-28 
 
Kimya-biologiya təmayüllü respublika liseyi:
 Nizami rayonu, 8-ci km. qəsəbəsi, Şirin Mirzəyev küç. 53
Əlaqə telefonu: (012) 323-77-95 
 
A.S. Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyası
Xəzər rayonu, Şüvəlan (Şimali DRES) qəsəbəsi, Lev Starçuk kuc.1
Əlaqə telefonu: (012) 459-01-45