21.09.2015 12:11

Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi 2010-cu ildə Yaponiyanın ali məktəblərində gənc müəllimlər üçün təlim proqramı çərçivəsində Azərbaycan vətəndaşlarına Monbukaqakuşo təqaüd Proqramını təklif edir.

Təqaüd proqramına aşağıdakı namizədlər müraciət edə bilərlər:
1. 2 aprel 1975-ci il tarixində və ya bu tarixdən sonra anadan olmuş şəxslər;
2. Ali təhsili olan və 1 aprel 2010-cu il tarixinədək ibtidai və orta təhsil müəssisələrində və ya ixtisasartırma institutlarında işləyən 5 il iş təcrübəsinə malik şəxslər.

Aşağıdakı şəxslər təqaüd proqramına müraciət edə bilməzlər:
1. Hərbi mükəlləfiyyət daşıyan şəxslər;
2. Təhsil aldığı müddətdə Yaponiyada olmayan şəxslər;
3. 1 oktyabr 2010-cu il tarixinədək son 3 il ərzində Yaponiya Hökumətinin qrantını almış şəxslər;
4.   Başqa institutlardan təqaüd alan şəxslər Yaponiya Hökumətinin bu Proqramına müraciət edə bilməz.
Ərizə   formaları    19 fevral   2009-cu  il  tarixinədək Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən qəbul olunur.
Daha ətraflı məlumatları və ərizə formalarını Yaponiyanın Azərbaycandakı səfirliyinin rəsmi internet saytından www.az.emb-japan.go.jp əldə etmək olar.