21.09.2015 12:11

Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi 2010-cu ildə Yaponiyanın ali məktəblərində Yapon dili üzrə Azərbaycan vətəndaşlarına Monbukaqakuşo təqaüd Proqramını təklif edir.

Təqaüd proqramına aşağıdakı namizədlər müraciət edə bilərlər:
1. 2 aprel 1980 və 1 aprel 1992-ci il tarixləri arasındakı dövrdə anadan olmuş şəxslər;
2. Yapon dili və Yapon mədəniyyəti ixtisaslarında bakalavr pilləsi üzrə təhsil alan şəxslər.
 
Aşağıdakı şəxslər təqaüd proqramına müraciət edə bilməzlər:
1. Hərbi mükəlləfiyyət daşıyan şəxslər;
2. Təhsil aldığı müddətdə Yaponiyada olmayan şəxslər;
3. Digər müəssisələrdən (o cümlədən öz ölkələrində fəaliyyət göstərən dövlət müəssisələrindən) təqaüd alan şəxslər Yaponiya Hökumətinin ayırdığı Təqaüdlərdə iştirak edə bilməzlər;
4. 1 oktyabr 2010-cu il tarixinədək son 3 il ərzində Yaponiya Hökumətinin qrantını almış şəxslər;
5. Yaponiya universitetində tələbə visasına malik olan və bu təqaüd proqramı elan edildiyi müddətdən başlayaraq öz hesabına Yaponiya universitetində təhsil alan şəxslər.
Ərizə   formaları   19 fevral   2010-cu il   tarixinədək Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən qəbul olunur.
Daha ətraflı məlumatları və ərizə formalarını Yaponiyanın Azərbaycandakı səfirliyinin rəsmi internet saytından www.az.emb-japan.go.jp əldə etmək olar.