21.09.2015 12:11

Yazılı və şifahi tərcümə xidmətləri

 YAZILI VƏ ŞİFAHİ TƏRCÜMƏ XİDMƏTLƏRİ
 
MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT
(MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)
 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə
 Kredit Nö.: 4394AZ
 
Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin burada təsvir olunan məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.
 
Xidmətlərin məqsədi: Keyfiyyətli, dəqiq və vaxtında olan yazılı və şifahi tərcümə xidmətləri göstərməklə TSİİL çərçivəsində təşkilatı tədbirlərin səmərəliliyini yaxşılaşdırmağa yardım etmək.
 
Xidmətlərin icra müddəti: aprel 2015 - mart 2016
 
Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadəsini təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər:
• müraciət məktubu;
• yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;
• müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;
• nizamnamə.
 
Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:
• Tərcümə xidmətlərinin göstərilməsində geniş və uğurlu təcrübəsi olan nüfuzlu şirkət;
• Əsas heyət tərcümə sahəsində ən azı 5 illik təcrübəyə malik olmalı;
• Beynəlxalq qurumlarla təcrübəsi olan təşkilatlara üstünlük veriləcəkdir.
 
Məsləhətçi təşkilatların seçimi Dünya Bankının Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydalarında (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Ən Aşağı Dəyər əsasında seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.
 
Maraqların İfadəsi yazılı şəkildə 02 mart 2015-ci il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:
 
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə
Layihənin Əlaqələndirmə Qrupu
Əlaqələndirici şəxs: Yeganə Manafova
AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15.
Əlaqə telefonları: (99 412) 488 66 47/48; Faks: (99 412) 488 66 49
 
Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək eyni ünvandan əldə etmək olar.