Naxçıvan MR təhsil nazirinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirlərinə

Bildiririk ki, Azərbaycan Respublikasının Təhsil və Fövqəladə Hallar, Gənclər və İdman nazirliklərinin birgə razılaşmasına əsasən, Fövqəladə Hallar Nazirliyinin 04 aprel 2013-cü il tarixli, 044 nömrəli əmri ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” müsabiqəsi keçiriləcəkdir.
Müsabiqənin zona mərhələsindən respublika mərhələsinə komandalar Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri ilə birgə yaradılmış münsiflər heyəti tərəfindən seçilir. Müsabiqənin Əsasnaməsi əlavələrlə birlikdə Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirilmişdir.
Müsabiqənin rayon, şəhər mərhələsinin keçirilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri ilə əlaqə yaradıb, müvafiq tədbirlər görmək Sizə tapşırılır.
 
Mikayıl CABBAROV
Azərbaycan Respublikasının təhsil naziri
26 aprel 2013-cü il
№ 46-20-2779/16