Naxçıvan MR təhsil nazirinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirlərinə

Naxçıvan MR təhsil nazirinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin,
Gəncə Şəhər Təhsil İdarəsinin, rayon, şəhər təhsil şöbələrinin müdirlərinə
 
 
Bildiririk ki, Azərbaycan Respublikasının Təhsil və Fövqəladə Hallar nazirliklərinin birgə razılaşmasına əsasən, Fövqəladə Hallar Nazirliyinin 11 mart 2013-cü il tarixli, 027 nömrəli əmri ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda uşaq yaradıcılıq müsabiqəsi keçiriləcəkdir.
Müsabiqə I-XI sinif şagirdləri arasında rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyaları üzrə keçiriləcəkdir. 
“Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsinin əsasnaməsi www.edu.gov.az internet ünvanında verilmişdir.
Müsabiqənin respublika turuna işlər Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri ilə birgə yaradılmış münsiflər heyəti tərəfindən seçilməlidir. Rayon turunun qalibləri haqqında məlumatlar 20 aprel 2013-cü il tarixədək Fövqəladə Hallar Nazirliyinə göndərilməlidir.
Müsabiqənin rayon, şəhər mərhələsinin keçirilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri ilə əlaqə yaradıb, müvafiq tədbirlər görmək və seçilmiş işlərin vaxtında göndərilməsini təmin etmək Sizə tapşırılır.
           
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
04 aprel 2013-cü il
№ 46-20-2260/16