“Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə Azərbaycan Respublikası təhsil nazirinin əmri

ƏMR EDİRƏM:
 
1. Respublika ümumtəhsil məktəbləri şagirdləri arasında “Ekoerudit” məktəblilərin breyn-rinq  Respublika ekoloji bilik yarışı keçirilsin.
2. Respublika müsabiqəsinin əsasnaməsi və təşkilat komitəsi təsdiq olunsun (əlavə olunur).
3. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri üzrə Təhsil və Gəncə şəhər Təhsil idarələrinin, rayon, şəhər təhsil şöbələrinin  müdirləri müsabiqənin əsasnaməsinin tələblərinə uyğun yerlərdə icranı təmin etsinlər.
4. Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi (A.İbrahimov) müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün lazımi təşkilati işləri həyata keçirsin.
5. Müsabiqə qaliblərinin mükafatlandırılması və diplomların hazırlanması ilə bağlı xərclərin ödənilməsi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin xərclər smetasının müvafiq xərc yarımmaddələrində nəzərdə tutulacaq vəsait hesabına həyata keçirilsin.
6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində və nazirliyin internet səhifəsində dərc olunmasını təmin etsin.
7. Ümumi şöbə (X.Fərəcov) əmr və əlavələrin çoxaldılaraq yerlərə göndərilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini Q.Novruzova həvalə edilsin.
Əsas: Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin 2012-ci il üçün İllik Fəaliyyət Planı, Azərbaycan Dövlət Neft Şirkətinin 18-32 RH nömrəli 10.07.2012-ci il tarixli məktubu. 
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
30 noyabr 2012-ci il
№ 2178

 
Əlavə: