21.09.2015 12:11

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli, 1938 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” üzrə Təhsil Nazirliyinin tədbirlər planı

 Azərbaycan   Respublikası təhsil nazirinin
14  may  2012-ci il tarixli 825  nömrəli əmrinə 
 
  İcra vaxtı Məsul şöbələr Qeyd
1 (2.1) Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcbüri köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində Azərbaycanın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə beynəlxalq təşkilatlarda işin davam etdirilməsi; mütəmadi Aparat, Beynəlxalq əlaqələr şöbəsi, İqtisadiyyat şöbəsi  
2 (2.2) Etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində fəaliyyətin davam etdirilməsi; mütəmadi Kənd rayonları üzrə ümumi təhsil şöbəsi, Dərslik və nəşriyyat şöbəsi  
3 (2.4) İşsizlərin əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili; mütəmadi Texniki-peşə təhsili şöbəsi,  Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi  
4 (2.7) Əhali, xüsusilə də uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzinin geniş təbliği, narrkomaniyaya, alkoqolizmə aludə olanların, İİV/QİÇS-ə yoluxmuş şəxslərin reabilitasiyası üzrə tədbirlərin həyata keçirilməsi; mütəmadi Aparat, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi, Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi, Texniki-peşə təhsili şöbəsi, Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi  
5 (2.8) Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların təlim və peşə hazırlığının, onlara göstərilən xidmətlərin (sosial xidmət, inklüziv təhsil və s.) keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə xüsusi olaraq tibbi, pedaqoji kadrların və sosial işçilərin hazırlanması; mütəmadi Aparat, Ali və orta ixtisas təhsili şöbəsi,  Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi, De-institutlaşma və uşaqların müdafiəsi idarəsi  
6(2.10) Saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə şəraitin və rejimin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi; 2012-2015-ci illər  Aparat, Hüquq sektoru  

7 (2.13)

 

Qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsi, qadınlar tərəfindən yeni peşələrin əldə edilməsinə yönəlmiş kursların təşkili; mütəmadi Texniki-peşə təhsili şöbəsi, Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi  
8 (2.18) Yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə mübarizə və sosial reabilitasiyası sahəsində qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla əməkdaşlıq mütəmadi Aparat, Texniki-peşə təhsili şöbəsi, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi, De-institutlaşma və uşaqların müdafiəsi idarəsi, Beynəlxalq əlaqələr şöbəsi  
9 (2.20) Ali təhsil müəssisələri nəzdində fəaliyyət göstərən “hüquq klinikaları”nın fəaliyyətinin dəstəklənməsi 2012-2015-ci illər Aparat, Ali və orta ixtisas təhsili şöbəsi  
10 (4.1) “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın və onun Fakültativ Protokolunun tələblərinin hüquq mühafizə orqanlarının, digər aidiyyəti qurumların əməkdaşları, habelə vəkillər və hüquq sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən öyrənilməsi işinin təşkil olunması; 2012 Aparat, Hüquq sektoru  
11 (4.2) “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”nın və onun Fakültativ Protokoluna uyğun olaraq milli preventiv mexanizmin funksiyalarının səmərəli yerinə yetirilməsini təmin etmək məqsədil ilə maarifləndirmə və digər zəruri tədbirlərin həyata keçirilməsi; mütəmadi Aparat, Hüquq sektoru, Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi  
12 (4.3) BMT-nin Baş Məclisi tərəfindən bəyan edilmiş “İnsan hüquqları sahəsində təhsil”, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan hüquqlarının tədrisi üzrə Dünya Proqramına, YUNESKO-nun “Davamlı İnkişaf naminə təhsil” onilliklərinə uyğun insan hüquqları üzrə tədris vəsaitlərinin hazırlanması; mütəmadi Aparat, Ali və orta ixtisas təhsili şöbəsi, Dərslik və nəşriyyat şöbəsi, İqtisadiyyat şöbəsi  
13 (4.4) Orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi; 2012-2015-ci illər Aparat, Ali və orta ixtisas təhsili şöbəsi, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi  
14 (4.5) Məktəblilər və tələbələr üçün insan hüquqlarına dair olimpiadalarının, müsabiqələrin, sərgilərin və digər tədbirlərin keçirilməsinin davam etdirilməsi; mütəmadi Elm şöbəsi, Ali və orta ixtisas təhsili şöbəsi, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi, İqtisadiyyat şöbəsi, Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi  
15 (4.6) İnsan hüquqları ilə bağlı dərs vəsaitlərinin, əyani vəsaitlərin, bukletlərin, plakatların hazırlanması, nəşr edilməsi və əhali arasında yayılması işinin davam etdirilməsi; mütəmadi Dərslik və nəşriyyat şöbəsi, Ali və orta ixtisas təhsili şöbəsi, İqtisadiyyat şöbəsi, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi, Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi, Təhsil Problemləri İnstitutu  
16 (4.7) Ali təhsil və elm ocaqlarında insan hüquq və azadlıqları probelmlərinə dair elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi; mütəmadi Elm şöbəsi  
17 (4.8) YUNESKO-nun “Təhsil hamı üçün” prinsipinin təbliği, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə əhalinin müxtəlif qrupları (qadınlar, uşaqlar, gənclər, əlillər, ahıllar, qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, narkomaniya və HİV/AİDS-ə yoluxmuş insanlar) üçün hüquqi maarifləndirmə sahəsində təlimçilərin hazırlanması; mütəmadi Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi, Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi, Hüquq sektoru  
18 (4.9) İnsan hüquqları sahəsində təhsilin səmərəliliyinin artırılması və bu sahədə işin əlaqələndirilməsi məqsədilə ixtisaslaşmış insan hüquqları mərkəzlərinin (insan hüquqları məktəbi, insan hüquqları evi və s.) və ya şəbəkələrinin yaradılması; 2012 Aparat, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi, Texniki-peşə təhsili şöbəsi  
19 (4.10) Əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi; 2012-2015-ci illər Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi, Təhsil Problemləri İnstitutu  
20 (4.13) İnsan hüquqları sahəsində beynəlxaq sənədlərin, xüsusilə İnsan Hüquqlarına dair Avropa Konvensiyasının dövlət qulluqçuları, məhkəmə, prokurorluq, daxili işlər orqanlarının əməkdaşları və vəkillər, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının və regional mərkəzlərinin işçiləri, bələdiyyə üzvləri tərəfindən öyrənilməsinin təmin edilməsi; mütəmadi Aparat, Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi  
21 (4.14) İnsan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq elmi-tədqiqat və tədris müəssisələri ilə əməkdaşlığın təkmilləşdirilməsi; mütəmadi Beynəlxalq əlaqələr şöbəsi, Elm şöbəsi, Ali və orta ixtisas təhsili şöbəsi  
22 (4.15) Kitabxanalarda insan hüquqları ilə bağlı bölmələrin inkişaf etdirilməsi. 2012-2015-ci illər Aparat, Elm şöbəsi, Dərslik və nəşriyyat şöbəsi, Texniki-peşə təhsili şöbəsi, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi, İqtisadiyyat şöbəsi