Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının uşaqları arasında “Azərbaycan haqqında nə bilirəm” mövzusunda II Respublika müsabiqənin keçirilməsi haqqında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin qərarı

Azərbaycan Respublikası
Təhsil Nazirliyi
 Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi

 

Ölkəmiz, onun təhsili, mədəniyyəti, incəsənəti, musiqisi haqqında Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının uşaqlarında daha dolğun təsəvvür yaratmaq, onları ölkəmizin ictimai həyatında fəal iştiraka cəlb etmək  məqsədilə
 
QƏRARA ALIR
 
1. Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının uşaqları arasında “Azərbaycan haqqında nə bilirəm” mövzusunda inşa, şeir, rəsm, rəqs, mahnı, musiqi alətlərində ifa və müxtəlif əl işləri nominasiyaları üzrə II Respublika müsabiqəsi keçirilsin.
 
2. Bu müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Xarici İşlər Nazirliyinin birgə tədbiri sayılsın.
 
 
4. Müsabiqə ilə bağlı məlumatlar təşkilatçılar tərəfindən kütləvi informasiya vasitələrində müntəzəm işıqlandırılsın.
 
5.  Xarici İşlər Nazirliyi müsabiqə ilə bağlı Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərini və beynəlxalq təşkilatların nümayəndəliklərini məlumatlandırsın.
 
6. Müsabiqə qaliblərinə diplomlar, hədiyyələr və digər sertifikatlar Təhsil Nazirliyi tərəfindən verilsin. Digər iştirakçılara təşkilatçılar tərəfindən Azərbaycanla bağlı xatirə hədiyyəsi (suvenir, CD, kitab və s.) verilsin.
 
7. Qərarın icrasına nəzarət təhsil nazirinin müavini E.Qasımova həvalə edilsin.
 
                                                                                                                                                
Azərbaycan Respublikasının 
təhsil naziri: 
M. Mərdanov 
Azərbaycan Respublikasının
xarici işlər naziri:
E.Məmmədyarov

Bakı şəhəri,
06.08, 2011-cu il

Əlavə: