Tədbirlər Planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 may 2011-ci il tarixli 81 nömrəli Qərarı ilə təsdiq olunmuş “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın icrasını təmin etmək məqsədilə
 
ƏMR EDİRƏM:
 
1. “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram”ın icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyinin Tədbirlər Planı (əlavə olunur) təsdiq edilsin.
2. Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinin, yerli təhsil idarəetmə orqanlarının və təhsil müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər, həyata keçirilmiş tədbirlər barədə hər ilin dekabr ayında nazirliyin rəhbərliyinə məlumat versinlər.
3. Ümumi şöbə (H.Məhərrəmova) əmr və tədbirlər planını çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
4. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin “Azərbaycan müəllimi” qəzetində,  əmr və tədbirlər planının “Təhsil xəbərləri” məcmuəsində dərc olunmasını təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə olunsun.
 
 
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının
 
 təhsil naziri
17 iyun 2011-ci il
№1135

Azərbaycan Respublikası təhsil nazirinin
17 iyun 2011-ci il tarixli, 1135 nömrəli əmri ilə
təsdiq edilmişdir.  
 
 
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 may 2011-ci il tarixli 81 nömrəli Qərarı ilə təsdiq olunmuş “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə Proqram” ın icrası ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı

Sıra №-si Tədbirlərin adı İcraçı orqanlar İcra müddəti
(illər üzrə)
Qeyd
1. Uşaqların mənəviyyatına, sağlamlığına və inkişafına zərər vuran informasiyalardan mühafizənin gücləndirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanması; Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi 2011-2012 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə birgə
2. Övladlığa götürmə prosedurunun təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması; De-institutlaşma və uşaqların müdafiəsi idarəsi, Hüquq sektoru 2011 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi ilə birgə
3. Yetkinlik yaşına çatmayanların baxımsızlığının qarşısının alınması məqsədi ilə müvafiq tədbirlərin görülməsi (bioloji və himayədar ailələrə verilməsi və ya digər alternativ xidmətlərə cəlb edilməsi); De-institutlaşma və uşaqların müdafiəsi idarəsi mütəmadi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi ilə birgə
4. Zərərli mühitlə əhatə olunan (inyeksion narkotik istifadəçiləri, nizamsız cinsi əlaqə tətbiq edən şəxslər, cinsi azllıqlar və s.) və insan alveri risk qrupuna daxil olan baxımsız qalmış uşaqlara və yeniyetmələrə hüquqi, psixoloji və tibbi yardımın, həmçinin sosial xidmətlərin göstərilməsi, onların təhsilə cəlb edilməsi; Rəhbərlik yanında aparat, De-institutlaşma və uşaqların müdafiəsi idarəsi, Kənd rayonları üzrə ümumi təhsil şöbəsi, mütəmadi Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları ilə birgə
5. Tətil günlərində gəlir əldə etmək istəyən gəncləri haqqı ödənilən ictimai və mövsümi işlər barədə məlumatlandırılması və bu işlərin təşkil edilməsi; İqtisadiyyat şöbəsi, De-institutlaşma və uşaqların müdafiəsi idarəsi, Ali və orta ixtisas təhsili şöbəsi,  Texniki-peşə təhsili şöbəsi 2011-2013 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə
6. Valideyn himayəsindən məhrum olmuş və yaş həddinə görə internat evlərini və digər alternativ qayğı müəssisələrini tərk etmək məcburiyyətində qalan şəxslərin sosial müdafiəsini və məşğulluğunu təmin etmək məqsədi ilə onların ilk peşə-ixtisas təhsili müəssisələrində ödənişsiz təhsil alması və işlə təmin oluması istiqamətində müvafiq tədbirlərin görülməsi; De-institutlaşma və uşaqların müdafiəsi idarəsi, Texniki-peşə təhsili şöbəsi, Strateji təhlil, planlaşdrıma və kadrların idarəolunması şöbəsi mütəmadi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları ilə birgə
7. Təhsil (o cümlədən uşaq evlərində və internat məktəblərində) və cəzaçəkmə müəssisələrində insan alverinə qarşı təbliğat və təşviqatın aparılması; Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi, De-institutlaşma və uşaqların müdafiəsi idarəsi mütəmadi Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə
8. Respublikanın şəhər və rayonlarında gənclər arasında insan alverinin qarşısını almaq məqsədi ilə maarifləndirmə işlərinin aparılması; Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi mütəmadi Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyəti orqanları ilə birgə
9. İnsan alverinə şərait yaradan sosial səbəblərdən biri kimi, erkən nikah hallarının azaldılması məqsədi ilə maarifləndirmənin gücləndirilməsi; Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi mütəmadi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi ilə birgə
10. Təhsilalanların  internetdən təhlükəsiz istifadə etmə qaydaları ilə bağlı maarifləndirilməsi. Təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi mütəmadi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi ilə birgə