Respublika rəsm müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikasının təhsil nazirinin əmri

“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünün təhsil müəssisələrində qeyd olunması haqqında” Təhsil Nazirliyinin
10 fevral 2011-ci il tarixli, 247 nömrəli əmri ilə təsdiq olunmuş tədbirlər planının
5-ci bəndinin icrasını təmin etmək məqsədilə
 
 
ƏMR EDİRƏM
 
 
2. Naxçıvan MR təhsil naziri, şəhər, rayon təhsil şöbələrinin, idarələrinin müdirləri, ilk peşə-ixtisas təhsili müəssisələrinin rəhbərləri müsabiqənin yerlərdə təşkilini təmin etsinlər.
3. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A.İbrahimov) müsabiqənin yüksək səviyyədə təşkili və keçirilməsini təmin etsin.
4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) müsabiqənin qaliblərinin mükafatlandırılması üçün 752 (yeddi yüz əlli iki) manat məbləğində vəsait ayrılmasını təmin etsin.
5. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmri Azərbaycan müəllimi qəzetində dərc etdirsin.
6. Ümumi şöbə (H.Məmmədova) əmr və əsasnamənin çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
7. Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova həvalə olunsun.
 
Misir Mərdanov
Azərbaycan Respublikasının
təhsil naziri
14 aprel 2011-ci il
№ 568

Əlavə: