Ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında VI Respublika Spartakiadasının keçirilməsi haqqında Azərbaycan Respublikasının təhsil naziri və Azərbaycan Respublikasının gənclər və idman nazirinin qərarı

 

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİNİN VƏ
AZƏRBAYCAN RESPUBLİKASININ GƏNCLƏR VƏ İDMAN
NAZİRLİYİNİN BİRGƏ
QƏRARI
 

03 fevral 2011-ci il
Protokol № 220
 
 
16 mart 2011-ci il
Qərar № S-04

 
Ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri
arasında VI Respublika Spartakiadasının keçirilməsi haqqında
 
 
Ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin VI Respublika Spartakiadası Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunur.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi uşaqlar arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olmaq, uşaqların fiziki cəhətdən sağlam böyümələrinə və idman növləri ilə daimi məşğul olmalarına zəmin yaratmaq, məktəblilərin vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunu, onların idman ustalıqlarını  artırmaq məqsədilə 
 
                                      
QƏRARA ALIR:
 
 
1. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunan       ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında VI Respublika Spartakiadası keçirilsin.
2. Spartakiadanın   Əsasnaməsi, Təşkilat Komitəsinin tərkibi, Baş hakimlər kollegiyasının heyəti, İdman növləri üzrə baş hakimlər heyətinin tərkibi təsdiq edilsin (əlavə 1, 2, 3, 4) .  
3. Ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin VI Respublika Spartakiadasının baş hakimi beynəlxalq dərəcəli hakim Niftalı Quliyev təsdiq edilsin.
4. Spartakiadanın III və IV mərhələlərində iştirak edən idman növləri üzrə komandaların yol və yolda olduqları müddətdə tələb olunan gündəlik xərcləri rayon, şəhər təhsil şöbələrinin, idarələrinin, ilk peşə-ixtisas təhsili müəssisələrinin hesabına, həmin komandaların yarış müddətində tələb olunan yaşayış xərcləri, hakimlərin əmək haqqı, ezam olunacaq nümayəndələrin, hakimlərin ezamiyyə xərcləri və idman ləvazimatlarının alınması Respublika Bədən Tərbiyəsi Mərkəzinin 2011-ci ilə təsdiq olunan xərclər smetasının müvafiq xərc maddələri hesabına, yarışlar keçiriləcək yerlərin   icarəsi, final mərhələsində şəxsi və komanda yarışları  qaliblərinin mükafatlandırılması xərcləri isə Gənclər və İdman Nazirliyinin hesabına ödənilsin.
5. Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsi (A. İbrahimov) spartakiadanın yüksək səviyyədə keçirilməsi üçün müvafiq təşkilati işlər həyata keçirsin.
5.  İctimaiyyətlə əlaqə şöbəsi (B. Hüseynzadə) qərarın “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və yarışların gedişinin kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin etsin.
6. Ümumi şöbə (H. Məmmədova) qərar və əsasnaməni çoxaldaraq yerlərə göndərsin.
7. Qərarın icrasına nəzarət təhsil nazirinin   müavini E. Qasımova və gənclər və idman nazirinin müavini İ. İsmayılova həvalə edilsin.
 

Azərbaycan Respublikasının təhsil naziri
Azərbaycan Respublikasının gənclər və idman naziri
 
 
M. Mərdanov
A. Rəhimov

 
 

Əlavə: