Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında ifa üzrə respublika müsabiqəsinin Əsasnaməsi

 
1. Müsabiqənin məqsəd və vəzifələri
 
- Gənc nəslin milli və mənəvi estetik tərbiyəsini yüksəltmək məqsədilə xüsusi istedada malik olan tələbə- gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq;
- Peşə təhsili müəssisələrində xalq mahnılarının və Azərbaycan bəstəkarlarının əsərlərinin öyrənilməsi istiqamətində aparılan işləri daha da yaxşılaşdırmaq;
- İstedadlı yeniyetmə və gənclərə ifaçılıq qabiliyyətlərini inkişaf etdirmələrinə dəstək vermək.
 
2. Müsabiqənin təşkili
 
Müsabiqənin təşkilinə ümumi rəhbərlik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.
Müsabiqə ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında 3 nominasiya üzrə keçirilir.
- Şeir nominasiyası- Azərbaycan şairlərinin şeirləri;
- Mahnı nominasiyasi- Azərbaycan xalq mahnıları və Azərbaycan bəstəkarlarının əsərləri;
- Xalq çalğı alətlərində ifa nominasiyası.
 
Müsabiqə 3 mərhələdən ibarətdir:
 
I mərhələ - Bu mərhələdə iştirakçını ilk peşə ixtisas təhsili müəssisəsində yaradılmış münsiflər heyəti müəyyənləşdirir.
II mərhələ - Zona mərhələsi. Zonalar üzrə aşağıdakı şəhər və rayonlarda keçirilir.
1. Şirvan şəhəri, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala və Biləsuvar rayonları, 1 mart 2011- ci il saat 1100 da Şirvan Peşə Liseyində.
2. Cəlilabad, Astara,  Masallı,  Lerik,  Yardımlı rayonları, Lənkəran şəhəri, 2 mart 2011- ci il saat 1100 da Cəlilabad Peşə Liseyində.
3. Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonları, 4 mart 2011- ci il saat 1100 da Xaçmaz Peşə Liseyində;
4. Ağcabədi, Bərdə, Ağdam,    Tərtər, Beyləqan və Yevlax rayonları, 9 mart 2011- ci il saat 1100da Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialında;
5. Gəncə, Naftalan, Mingəçevir şəhərləri, Qazax,  Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Göy-Göl, Daşkəsən, Goranboy rayonları, 10 mart 2011- ci il saat 1100 da Gəncə şəhərində 3 saylı Peşə Liseyində;
6. Qəbələ, Şəki, Balakən, Qax, Oğuz, Zaqatala rayonları 14 mart 2011- ci il saat 1100 da  Qəbələ Təlim Mərkəzində;
7. İsmayıllı, Göyçay, Ağdaş, Kürdəmir, Ağsu, Şamaxı rayonları 15 mart 2011- ci il saat 1100 da İsmayıllı Təlim Mərkəzində;
8. Sumqayıt şəhəri və Abşeron rayonu 16 mart 2011- ci il saat 1100 da 1 saylı Sumqayıt Peşə Liseyində;
9. Naxçıvan Muxtar Respublikası üzrə 14 mart 2011-ci il tarixində, saat 11.00-da Naxçıvan peşə liseyində;
10. Bakı şəhəri üzrə, 17 mart  2011-ci il saat 1000 da 12 saylı Bakı Peşə Liseyində keçiriləcəkdir.
Zonalarda hər nominasiya I və II yerləri tutan gənclər respublika mərhələsində iştirak edir.
III mərhələ - Respublika mərhələsi - Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evində, 5 aprel 2011- ci il tarixdə saat 1100 da keçiriləcəkdir.
Qaliblər Təhsil Nazirliyinin təsdiq etdiyi münsiflər heyəti tərəfindən seçiləcəkdir.
Müsabiqə qaliblərinin yekun konserti 2011-ci ilin aprel ayında Bakı şəhərində keçiriləcəkdir.
 
4. Müsabiqənin şərtləri
 
- Müsabiqədə peşə təhsili müəssisələrinin 14-18 yaş arası şagirdləri iştirak edə bilərlər. Zona mərhələsinə hər məktəbdən bir nəfər mahnı, bir nəfər şeir və bir nəfər xalq çalğı alətlərində ifa edən buraxılır.
- Təqdim olunan şeir üçün ayrılmış vaxt 3 dəqiqədən çox olmamalıdır.
- Təqdim olunan mahnı üçün ayrılmış vaxt 4 dəqiqədən çox olmamalıdır.
- Təqdim olunan alətdə ifa üçün ayrılmış vaxt 4 dəqiqədən çox olmamalıdır.
- İlk peşə-ixtisas təhsili müəssisəsinin direktoru müsabiqədə iştirak edəcək iştirakçılar haqqında məlumatları (adı, soyadı, atasının adı, təhsil aldığı ixtisas, kurs və iştirak edəcəyi nominasiya) 21 fevral 2011-ci il tarixə kimi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinə (ünvan: Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsi, 37, iş tel.: (012) 379-42-34; (012) 379-17-35) təqdim etməlidirlər.
 
Qaliblərin mükafatlandırılması
 
Müsabiqənin I mərhələsinin qalibləri ilk peşə-ixtisas təhsili müəssisəsinin direktoru tərəfindən diplomlarla təltif ediləcəkdir.
Zona mərhələsinin qalibləri Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evi tərəfindən diplomlarla təltif ediləcəkdir.
Müsabiqənin Respublika mərhələsində hər nominasiya üzrə I, II, III yerləri və bir həvəsləndirici yeri tutan iştirakçılar Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

  
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88- ci  ildönümü münasibətilə ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında  ifa üzrə respublika  müsabiqəsinin   təşkilat komitəsi
 

1. Qasımov Elmar Azərbaycan Respublikası təhsil nazirinin müavini, sədr
2. İbrahimov Ağababa Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri, üzv
3. Məmmədov Namiq Texniki-peşə təhsili şöbəsinin müdiri, üzv
4. Salmanova Maral Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin aparıcı məsləhətçisi, üzv
5. Novruzov Məhəmməd Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin direktoru, üzv