Ümumtəhsil məktəblərinin müəllimləri arasında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş şahmat yarışının keçirilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin qərarı

Azərbaycan Respublikası
Təhsil Nazirliyi
 Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi

 

Azərbaycanda şahmat geniş yayılmış ənənəvi idman oyunlarından biridir və xalqımızın mədəniyyətində özünəməxsus yer tutur. İntellektual idman növü kimi şahmatın inkişafına ötən əsrin 70-ci illərindən etibarən respublikamızda böyük diqqət göstərilmişdir. Bu məqsədlə dövlət səviyyəsində qərarlar qəbul edilmiş, şəhər və rayonlarda şahmat məktəbləri və klubları açılmışdır. Görülən tədbirlər nəticəsində artıq ölkəmizdə şahmat oyununa maraq kütləvi xarakter almışdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və onun xatirəsinə ehtiram əlaməti olaraq respublika ümumtəhsil məktəblərinin müəllimləri arasında şahmat yarışının keçirilməsini məqsədəuyğun hesab edir və həmin yarışların yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə
 
QƏRARA ALIR:
 
1. Ümumtəhsil məktəblərinin müəllimləri arasında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş şahmat yarışı keçirilsin.
2. Respublikanın ümumtəhsil məktəblərinin müəllimləri arasında keçiriləcək şahmat yarışı Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbiri sayılsın.
3. Şahmat yarışı 2011-ci ilin fevral-aprel aylarında üç mərhələdə keçirilsin:
I mərhələ – orta ümumtəhsil məktəblərində martın 10-dək;
II mərhələ – şəhər və rayonlarda  aprelin 10-dək;
III mərhələ  – respublika üzrə Bakı şəhərində aprel ayının son ongünlüyündə.
5. Şəhər, rayon təhsil şöbələrinin müdirləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı şəhər və rayon komitələrinin sədrləri:
- bu qərarla təsdiq edilmiş Əsasnamənin şərtlərinə uyğun olaraq yarışların I və II mərhələlərinin keçirilməsini təmin etsinlər;
- şəhər və rayonlarda keçirilmiş II mərhələnin qalibləri haqqında məlumatı (soyadı, adı, atasının adı, ixtisası, iş yeri) 2011-ci ilin aprelin 15-dək Təşkilat Komitəsinə təqdim etsinlər;
- şəhər, rayon təhsil şöbələri III mərhələdə iştirak edəcək qaliblərin ezamiyyət xərc­lərinin ödənilməsini təmin etsinlər;
- ATİAHİ şəhər və rayon komitələri yarışların II mərhələsinin qaliblərinin mü­ka­fat­lan­dı­rıl­ma­sını təmin etsinlər.
6.  Yarışın keçirilməsi ilə əlaqədar tərəflər öz üzərinə götürür:
6.1. Təhsil Nazirliyi:
- yarışda I, II və III yerlərə layiq görülənlərə diplomların verilməsini;
- yarışın III mərhələsinin keçirilməsi üçün yerin və şəraitin təmin edilməsini:
6.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi:
- yarışın qaliblərinin mükafatlandırılmasını;
I    yer üçün bilgisayar    
II  yer üçün  videokamera
III yer üçün fotoaparat
- hakimlər kollegiyasının sədrinə 300 manat, üzvlərinə isə 200 manat məbləğində pul mükafatının verilməsini.
7. Təhsil Nazirliyinin tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsi və ATİAHİ Respublika Komitəsinin mədəni-kütləvi və idman işləri şöbəsi bu qərardan irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etsinlər.
8. Təhsil Nazirliyinin və ATİAHİ Respublika Komitəsinin müvafiq şöbələri qərar və əlavələrin «Azərbaycan müəllimi» və «Təhsil işçisi» qəzetlərində dərc edilməsini təmin etsinlər.
9. Qərarın icrasına nəzarət nazir müavini E.Qasımova və sədr müavini Ş.Əsgərova həvalə olunsun.
                                                                                                                                                
Azərbaycan Respublikasının 
təhsil naziri: 
Misir Mərdanov 
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri:
Səttar Mehbalıyev

Bakı şəhəri, 10 fevral, 2010-cu il
№ 251

Əlavə: