• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Virtual məktəb” layihəsi

Yaranma tarixi: 2020-ci il


Məqsəd: COVID-19 pandemiyası səbəbindən təhsil müəssisələrinin fəaliyyətində fasilələr yaranarkən, ölkəmizdə təhsilin davamlılığını təmin etməkdir. 


Məlumat: Milli təhsil məzmunu əsasında və Azərbaycan dilinə tərcümə edilmiş interfeys vasitəsilə təşkil edilən məsafədən təlim-tədris prosesində hazırda video və audiodərslər, qrup işləri, məlumat paylaşımı, ev tapşırıqları, qiymətləndirmə, tədris cədvəlləri, bilik yarışmaları, pedaqoji şuralar, nəzarət mexanizmləri kimi geniş imkanlardan istifadə olunur. 


Əhatə dairəsi: 1,4 milyondan çox şagird qeydiyyatdan keçib. 2021-ci ilin yanvar ayında həftəlik dərslərin sayı 6 milyondan çox olub, aktiv istifadəçilərin sayı 1,2 milyonu keçib.