• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Satınalma müqaviləsinin bağlanılmasına dair bildiriş

Təhsil Nazirliyi tərəfindən 19 may 2021-ci il tarixdə dövlət satınalmalarının vahid internet portalı vasitəsilə 2021-ci ildə təhsil müəssisələri üçün poliqrafiya məhsullarının istehsalı məqsədilə keçirilmiş açıq tenderlərin Tender Komissiyasının qərarına əsasən nəticələri: 


- 2021-2022-ci tədris ilinə ümumi təhsil pilləsi üçün dərsliklərin komplektinə daxil olan kağız müəllim vəsaitlərinin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi “Radius” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və 23 iyun 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb;


- 2021-2022-ci tədris ilinə məktəbəhazırlıq qrupları üçün kağız dərsliklərin istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair keçirilmiş açıq tenderin qalibi “Radius” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və 23 iyun 2021-ci il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.


2 il əvvəl