• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Zəfər Gününə həsr olunmuş basketbol turniri keçirilib

Noyabrın 7-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə peşə təhsili müəssisələrinin tələbələri arasında keçirilən basketbol idman növü üzrə turnirə yekun vurulub.   8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunan turnirdə  peşə təhsili müəssisələrindən yüz nəfərə yaxın tələbə iştirak edib. Yarışda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandası Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandasına qalib gələrək III yerə layiq görülüb. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandası Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin komandasını məğlub edərək turnirin qalibi olub.   Oyunlardan sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib. I, II və III yerlərin qaliblərinə medal və hədiyyələr, çempion komandaya kubok təqdim olunub. Turnirdə oyunların idarə olunmasında səmərəli fəaliyyətinə görə Azərbaycan Basketbol Federasiyasının İdman Departamentinə “Təşəkkürnamə”, oyunlarda fərqlənən basketbolçuya “Ən yaxşı oyunçu” nominasiyası üzrə diplom təqdim edilib.   Tədbirdə Elm və Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Azərbaycan Basketbol Federasiyasının rəsmi şəxsləri iştirak ediblər.   Qeyd edək ki, turnirin keçirilməsində məqsəd tələbələr arasında dostluq və komanda ruhunu gücləndirmək, basketbol idman növünə olan marağı artırmaq, 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin əhəmiyyətini gənclərə çatdırmaq və onlarda vətənpərvərlik ruhunu möhkəmləndirmək olub.

Vətəndaş müraciətlərinin statistikası

Oktyabrın 16-dan 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 31 722 vətəndaş müraciəti daxil olub.   Müraciətlərin 20 322-si çağrı mərkəzləri, 4 090-ı elektron, 1 477-si isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 5 833 müraciət qeydə alınıb.     Müraciətlər şagirdlərin elektron yerdəyişməsi, eksternat imtahanı, məktəbəqədər təhsil müəssisələrinə qəbul, “Rəqəmsal məktəb” və digər məsələlərlə bağlı olub.

Emin Əmrullayev Fələstinin ölkəmizdəki səfiri ilə görüşüb

Noyabrın 6-da elm və təhsil naziri Emin Əmrullayev Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ahmed Metani ilə görüşüb.   Görüş çərçivəsində Fələstin ilə elm və təhsil sahəsində əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.

“ZəfərFest-5” yaradıcılıq festivalı keçirilib

Noyabrın 6-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “ZəfərFest-5” yaradıcılıq festivalı keçirilib.   Festivalda dövlət rəsmiləri, millət vəkilləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, media qurumlarının rəhbərləri, təhsil mütəxəssisləri, şəhid övladları, təhsil müəssisələrinin pedaqoji, şagird kollektivləri və digər qonaqlar iştirak ediblər.    Tədbirdə Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin bədii özfəaliyyət kollektivləri, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyası, o cümlədən Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin, “Sənət” Uşaq Musiqi və İncəsənət Mərkəzinin kollektivləri, ümumilikdə isə 400-ə yaxın məktəblinin iştirakı ilə ədəbi-bədii kompozisiyalar nümayiş olunub, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səslənib.   Qeyd edək ki, Vətən müharibəsindəki qələbəyə həsr olunan festival artıq 5-ci dəfədir ki, keçirilir və hər il gənclərin vətənpərvərlik ruhunun, yaradıcılıq bacarıqlarının nümayişi üçün mühüm platformaya çevrilib.    Festivalın əsas məqsədi Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anmaq, Azərbaycan Ordusunun şanlı zəfəri və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin mahiyyəti barədə uşaq və gəncləri məlumatlandırmaqdır.   Tədbir, həmçinin, Vətən müharibəsində əldə edilmiş tarixi nailiyyətlərin, ordumuzun qəhrəmanlığının və bu zəfərin bütövlükdə türk dünyasının qələbəsi kimi əhəmiyyətinin gənc nəslə aşılanmasını nəzərdə tutur.

Firudin Qurbanov “Azərbaycanın Yeni İnkişaf Konsepsiyası və Milli Kimlik" adlı konfransda iştirak edib

Noyabrın 6-da Bakı Slavyan Universitetində (BSU) “Zəfər həftəsi” çərçivəsində “Azərbaycanın Yeni İnkişaf Konsepsiyası və Milli Kimlik” mövzusunda konfrans keçirilib.   Açılış nitqi ilə çıxış edən BSU-nun rektoru Anar Nağıyev bildirib ki, tədbirin mahiyyəti Zəfərin 5 illiyinə həsr olunub və Azərbaycanın inkişaf konsepsiyası ilə milli kimlik məsələlərinin elmi müzakirəsini əhatə edir.    Rektor qeyd edib ki, qələbənin bizə bəxş etdiyi tarixi və mənəvi nəticələrin ali təhsil və elmi tədqiqat müəssisələri tərəfindən dərindən öyrənilməsi vacibdir.    Çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov təhsilin əsas missiyasının gənclərdə milli kimlik və mənəvi dəyərləri formalaşdırmaq olduğunu diqqətə çatdırıb. Nazir müavini bildirib ki, milli kimlik probleminə toxunmaq, təhsilin məzmununda milli kimlik, milli özünüdərk, milli-mənəvi dəyərlər, milli ideologiya, milli dil, din və qloballaşmanın milli kimliyə təsiri məsələlərinə münasibət bildirmək vacibdir.  Firudin Qurbanovun sözlərinə görə, milli kimliyin dərindən dərk edilməsi və onun əsas komponentlərinin təhsildə ətraflı öyrədilməsi həyati zərurətə çevrilib. Milli kimliyi formalaşdıran əsas elementlərdən biri də milli mənəvi dəyərlərdir.    Ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının formalaşması və inkişafı istiqamətində böyük xidmətlərini xatırladan Firudin Qurbanov qeyd edib ki, bu parlaq ideoloji irs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.    Firudin Qurbanov çıxışının sonunda qeyd edib ki, təhsil işçilərinin əsas vəzifəsi uşaqlarda və gənclərdə milli kimliyin formalaşmasına, milli-mənəvi dəyərlərin tədris prosesində yüksək səviyyədə aşılanmasına xidmət etməkdir.   Konfransda çıxış edən millət vəkilləri, dövlət qurumlarının və elmi mərkəzlərin nümayəndələri Azərbaycanın yeni inkişaf mərhələsində milli kimliyin möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının təhsildə və gənclər siyasətində təbliği, qlobal çağırışlar fonunda milli dəyərlərin qorunması məsələlərinə toxunublar.   Çıxışçılar vurğulayıblar ki, Zəfərdən sonra formalaşan milli özünüdərk və dövlətçilik ideyaları ölkənin yeni inkişaf konsepsiyasının ideoloji əsasını təşkil edir. Bu baxımdan ali təhsil müəssisələrində elmi diskussiyalar və ictimai debatların təşkili mühüm əhəmiyyət daşıyır.   Tədbir çərçivəsində ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Can Laçın” adlı məqalə müsabiqəsinin qalibləri, eləcə də  “Suveren Azərbaycan: keçmişdən gələcəyə” mövzusunda esse müsabiqəsinin qalibləri mükafatlandırılıblar.    Tədbir BSU tələbələrinin ifasında təqdim edilən bədii hissə ilə yekunlaşıb.

Nazir Zəfərin 5 illiyinə həsr olunmuş "Qələbənin işığında" adlı tədbirdə iştirak edib

Noyabrın 5-də DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində tarixi Zəfərimizin 5 illiyinə həsr olunmuş "Qələbənin işığında" mövzusunda tədbir keçirilib.    Tədbirdə dövlət rəsmiləri, şəhid ailələrinin üzvləri, eləcə də müharibə ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslər iştirak ediblər.   Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.    Çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev dövlət başçısının rəhbərliyi ilə müharibə əlilləri, şəhid ailələri və veteranların sosial təminatı məqsədilə geniş proqramlar həyata keçirildiyini diqqətə çatdırıb. Nazir əlavə edib ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas kateqoriyalardan olan şəxslərə, o cümlədən şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və övladlarına müxtəlif xidmətlər təqdim olunur. Bu qəbildən olan şəxslərin bilik və bacarıqlarının artırılması üzrə işlər aparılır.    Tədbir bədii hissə ilə davam etdirilib, şəhid övladlarının çəkdiyi fotolardan ibarət sərgi nümayiş olunub.   AZƏRTAC

Məktəblilərarası Milli Hakatonun yarımfinal və final mərhələlərinin tarixləri açıqlanıb

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Məktəblilərarası Milli Hakaton – 2025” layihəsinin yarımfinal və final mərhələlərinin tarixləri müəyyənləşib.   Yarımfinal mərhələsi 28–30 noyabr, final mərhələsi isə 1 dekabr 2025-ci il tarixlərində keçiriləcək.   İştirakçılar bu mərhələlərdə layihə təqdimatları, praktiki tapşırıqlar və komanda əsaslı proqramlaşdırma üzrə bacarıqlarını nümayiş etdirəcəklər.   Bu il ölkə üzrə 5–11-ci siniflərdə təhsil alan 300 mindən artıq şagird müsabiqəyə qatılıb. İlkin seçimlərdən sonra 300 şagird (74 komanda) yarımfinal mərhələsində mübarizəni davam etdirəcək. Hazırda komandalar yarımfinal mərhələsinə hazırlıq prosesini davam etdirirlər. Onlara IT sahəsində təcrübəli mütəxəssislər, o cümlədən “CODE FOR FUTURE” layihəsinin məzunları tərəfindən mentor dəstəyi göstərilir.   Qeyd edək ki, hakatonla paralel olaraq məktəblilərin İKT bacarıqlarını inkişaf etdirmək məqsədilə “Code Hour Challenge” təşəbbüsü həyata keçirilir. 27 oktyabrdan aktiv olan “Süni intellekt” və “İnformasiya təhlükəsizliyi” mərhələləri 27 noyabra qədər davam edəcək. Bu mərhələlərdə 6–11-ci sinif şagirdləri iştirak edə və uğurla tamamladıqları halda sertifikatla təltif oluna bilərlər.   Əvvəlki mərhələlərdə iştirak etməyən şagirdlər codehour.edu.az portalında qeydiyyatdan keçərək müsabiqəyə qoşula bilərlər.

“Sabahın alimləri” XV respublika layihə müsabiqəsinə qeydiyyat başlayır!

Noyabrın 5-dən etibarən “Sabahın alimləri” XV respublika layihə müsabiqəsinə qeydiyyat başlayır.   ABŞ-nin "Society for Science" təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XV respublika layihə müsabiqəsi keçiriləcək. Müsabiqənin əsas məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.   Müsabiqədə iştirak etmək istəyən şagirdlər 5 noyabr saat 15:00-dan etibarən 26 dekabr saat 17:00-dək https://anket.edu.az/user/281 platforması üzərindən qeydiyyatdan keçməli və formaları göndərərək qeydiyyatı tamamlamalıdırlar.   Müsabiqə ilə bağlı qayda və formaları, eyni zamanda əlavə məlumatı https://sabahinalimleri.edu.az/https://arti.edu.az/ portalından əldə edə bilərsiniz.   Formalar:  Tədqiqat planı-Layihə xülasəsi Annotasiya və Sertifikasiya Layihənin Tərtib Forması Forma 1 Forma 1A Forma 1B Forma 1C Forma 2 Forma 3 Forma 7   Qaydalar:    “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin keçirilmə qaydaları   Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri Amerika Birləşmiş Ştatlarında keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (ISEF) iştirak edəcəklər.   Əlavə suallarla bağlı aşağıda qeyd olunan əlaqə vasitələrinə müraciət edə bilərsiniz: Mob: +99451 8167817 Mail: sabahinalimleri@edu.gov.az

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələri müzakirə olunub

Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin təşkilatçılığı ilə “Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda tədbir keçirilib.   Tədbirdə Elm və Təhsil Nazirliyinin və aidiyyəti tabe qurumlarının nümayəndələri, orta ixtisas təhsili müəssisələrinin direktor və direktor müavinləri iştirak ediblər.   Tədbirdə əvvəlcə orta ixtisas təhsili müəssisələrinə ötənilki qəbul nəticələrinə dair təqdimat nümayiş olunub.   Müzakirələr zamanı orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu planının optimallaşdırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb, növbəti tədris ili üçün tələbə qəbulu planlarının hazırlanması ilə bağlı təkliflər səsləndirilib.   Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman çıxışında bildirib ki, qarşıdakı dövrdə orta ixtisas təhsili müəssisələrində qəbul siyasəti əmək bazarının real tələblərinə uyğunlaşdırılacaq. Bu məqsədlə ixtisas təsnifatının optimallaşdırılması, kadr hazırlığında keyfiyyət meyarlarının gücləndirilməsi və təhsilalma formalarının çevikləşdirilməsi əsas prioritetlərdən olacaq.    Tədbir çərçivəsində orta ixtisas təhsili müəssisələrinin nümayəndələri də fəal iştirak edərək öz müşahidə və təkliflərini bölüşüblər.

Cəbrayıl rayonunun Horovlu kəndində yeni məktəb və bağça inşa edilib

Oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə burada inşa edilmiş məktəb və körpələr evi-uşaq bağçası barədə də məlumat verilib.    Qeyd edilib ki, burada inşa olunmuş 220 yerlik körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib. Bağçada yeməkxana, oyun və musiqi otaqları balacaların ixtiyarına veriləcək. Bundan başqa, binada inzibati, kompüter və metodika otaqları yaradılıb. Bağçanın ərazisində uşaqların asudə vaxtlarını maraqlı keçirmələri üçün də şərait yaradılıb.   Horovluda 624 şagird yerlik müasir tam orta məktəb binası da tikilib. Məktəb binasında tədrisin yüksək səviyyədə aparılması üçün geniş imkanlar mövcuddur. Təhsil ocağının sinif otaqları lazımi dərs vəsaiti və avadanlıqla təchiz olunub. Burada 26 sinif otağı, kimya, fizika, biologiya və informatika, musiqi, rəsm, hərbi hazırlıq otaqları, 4 laboratoriya, kitabxana şagirdlərin ixtiyarına veriləcək. Binada 180 yerlik akt zalı, qapalı idman zalı və yeməkxana da yaradılıb. Məktəbin ərazisində açıq idman meydançası da mövcuddur.

08/11/2025

Elm və Təhsil Nazirliyi şanlı Zəfərin 5 illiyini qeyd edib #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #8noyabr #ZəfərGünü #QarabağAzərbaycandır

Ətraflı
08/11/2025

Zəfər tariximiz - Şuşa Şəhəri Günü! ?? #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #QarabağAzərbaycandır #BöyükQayıdış

Ətraflı
07/11/2025

8 Noyabr – Zəfər Günü Bu gün Azərbaycan tarixində qızıl hərflərlə yazılan gündür! Böyük qürur və sevinc hissi ilə artıq 5-ci ilini qeyd etdiyimiz bu Zəfər, xalqımızın birliyinin, iradəsinin və əzminin rəmzidir. Vətənin azadlığı uğrunda canını fəda edən şəhidlərimizin ruhu şad olsun ! Qazilərimizə sağlam ömür arzulayırıq! #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #8noyabr #ZəfərGünü #QarabağAzərbaycandır

Ətraflı