Təhsil millətin gələcəyidir!HEYDƏR ƏLİYEV
"İnsan kapitalı" işçi qrupunun iclası keçiriləcək - ELAN
Təhsil Nazirliyində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının İnsan Kapitalı işçi qrupunun növbəti iclası 16 may saat 15:00-da onlayn formatda keçiriləcək.
Maraqlanan şəxslər, dövlət və həmçinin özəl sektor nümayəndələri müvafiq linkə (https://bit.ly/37FSmHX) daxil olaraq iclasın gündəliyi ilə tanış ola və linkdəki “Təklif göndər” bölməsi vasitəsilə müvafiq mövzuda öz təkliflərini yaza bilərlər.
Ümumilikdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın internet portalının "onlayn müraciət (https://azranking.az/online-apply)" bölməsində hər kəs ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin artırılması istiqamətində müvafiq sahə üzrə təkliflərini qeyd edə bilər.
Təqdim olunan bütün təkliflər qeydə alınaraq Komissiyanın müvafiq işçi qruplarında müzakirə olunur və nəticəsi barədə təklif verən tərəfə məlumat göndərilir.
12.05.2022 - 17:12
Digər xəbərlər
-
Müəllim və şagirdlərin nəzərinə!
25.05.2022 - 18:10 -
Selçuk Bayraktara Azərbaycan Texniki Universitetinin fəxri doktoru adı verilib
25.05.2022 - 15:40 -
“TEXNOFEST Azərbaycan”da “STEAM Azərbaycan” layihəsi
25.05.2022 - 12:30 -
Avropa Fizika Olimpiadasından uğurlu nəticə
25.05.2022 - 11:55 -
Təhsil Nazirliyinin saytında "Sənədlər" bölməsi yenilənib
25.05.2022 - 10:10