Təhsil millətin gələcəyidir!HEYDƏR ƏLİYEV
"İnsan kapitalı" işçi qrupunun iclası keçiriləcək
14 oktyabr saat 15:00-da Elm və Təhsil Nazirliyində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın İnsan kapitalı işçi qrupunun videokonfrans formatında növbəti iclası keçiriləcək.
İclasda İnsan kapitalı işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlər üzrə birinci yarımil ərzində görülmüş işlərin müzakirəsi aparılacaq.
Maraqlanan şəxslər, dövlət və həmçinin özəl sektor nümayəndələri müvafiq linkə (https://bit.ly/3TkUibd) daxil olaraq iclasın gündəliyi ilə tanış ola və linkdəki “Təklif göndər” bölməsi vasitəsilə müvafiq mövzuda öz təkliflərini yaza bilərlər.
Ümumilikdə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın internet portalının "onlayn müraciət (https://azranking.az/online-apply)" bölməsində hər kəs ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin artırılması istiqamətində müvafiq sahə üzrə təkliflərini qeyd edə bilər.
Təqdim olunan bütün təkliflər qeydə alınaraq Komissiyanın müvafiq işçi qruplarında müzakirə olunur və nəticəsi barədə təklif verən tərəfə məlumat göndərilir.
12.10.2022 - 17:55
Digər xəbərlər
-
“Xəmsə möcüzəsi” müsabiqə-festivalının respublika mərhələsi yekunlaşıb
01.02.2023 - 16:10 -
Fənn olimpiadalarının yarımfinal turu keçiriləcək
01.02.2023 - 12:30 -
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi
01.02.2023 - 12:00 -
Prezident Türkiyənin milli təhsil nazirini və TBMM-in bir qrup üzvünü videokonfrans formatında qəbul edib
01.02.2023 - 11:14 -
"2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsili
01.02.2023 - 10:22