Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Almatıda Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib

Aprelin 6-da Almatı şəhərində Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib. 

 

Forumun rəsmi açılış hissəsindən əvvəl Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek arasında universitet rəhbərlərinin və aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Tərəflər ali təhsil sahəsində dövlətlərarası əməkdaşlığın inkişafı, o cümlədən akademik mobillik, birgə təhsil proqramları, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı cari məsələləri müzakirə ediblər.

 

Forumun açılış mərasimində salamlama nitqi ilə çıxış edən Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek ölkələrimiz  arasında akademik əlaqələrin gücləndirilməsinin strateji əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, həyata keçirilən təşəbbüslər qarşılıqlı akademik fəaliyyətə yeni təkan verib və ölkələrimizin təhsil imkanlarına ikitərəfli marağı gücləndirib. Forum çərçivəsində Azərbaycanın 18 universiteti ilə Qazaxıstanın 29 universiteti arasında 65 yeni memorandumun imzalanması planlaşdırılır. 

 

Nazir Sayasat Nurbek akademik mobillik və tələbə mübadiləsinin artdığını da qeyd edib və  bildirib ki, 2025-ci ilin yekununa əsasən, Qazaxıstanın 58 universitetində 346 Azərbaycan vətəndaşı təhsil alır. Eyni zamanda Azərbaycan universitetlərində 180 Qazaxıstan vətəndaşı oxuyur. 

 

Forumda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qeyd edib ki, Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu ölkələrimiz arasında akademik əməkdaşlığın inkişafı baxımından mühüm platformadır. Nazirin sözlərinə görə, son illərdə universitetlər arasında əlaqələrin genişlənməsi, birgə proqramların və akademik mobilliyin artması bu əməkdaşlığın real nəticələrini göstərir.

 

Nazir çıxışında forum çərçivəsində imzalanacaq yeni anlaşmaların tərəfdaşlığı daha da gücləndirəcəyinə, tələbə və müəllimlər üçün yeni imkanlar yaradacağına inamını ifadə edib. 

 

Forumun rəsmi açılış mərasimindən sonra akademik mübadilə, elmi əməkdaşlıq və birgə təhsil proqramlarının inkişaf etdirilməsi məqsədi daşıyan anlaşma memorandumlarının imzalanması mərasimi keçirilib.


06.04.2026 - 17:58