• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri elan edildi

24 dekabr tarixində keçirilən Respublika Fənn Olimpiadalarının (RFO) rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb. Şagirdlər www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumi təhsil müəssisələri vasitəsilə nəticələrlə tanış ola bilərlər.

 

Nəticələrlə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir. Müraciətlər office@arti.edu.az elektron poçt ünvanına yazılı şəkildə göndərilməlidir.

 

Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaratmaqdır.

 

Respublika Fənn Olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.

 

Qeyd edək ki, RFO-nun respublika mərhələsinin yarımfinal turu ilə bağlı məlumatlar tezliklə paylaşılacaq.
 


1 il əvvəl