"Unutmadıq! Unutmayacağıq!" onlayn respublika şeir müsabiqəsinə yekun vurulub
Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Unutmadıq! Unutmayacağıq!” adlı onlayn respublika şeir müsabiqəsinə yekun vurulub.
Müsabiqənin əsas məqsədi 20 Yanvar faciəsi haqqında uşaq və gəncləri məlumatlandırmaq, şəhidlərimizin xatirəsini yad etmək, istedadlı uşaqların yaradıcılıq potensialını üzə çıxartmaq, uşaq və gənclərdə hərbi vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət olub.
COVID-19 pandemiyası ilə əlaqədar onlayn platformada keçirilən müsabiqə 3 yaş qrupu (6-9, 10-13, 14-18) üzrə 2 mərhələdə keçirilib. Müsabiqədə respublikamızın regionlarında və Bakı şəhərində fəaliyyət göstərən 52 uşaq-gənclər inkişaf mərkəzi tərəfindən 200-ə yaxın şeir nümunəsi göndərilib.
Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilərək 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə, digər iştirakçılar isə təşəkkürnamə ilə təltif ediliblər.
19.01.2021 - 12:09
Digər xəbərlər
-
Peşə təhsili üzrə teledərslərin 26 fevral cədvəli
25.02.2021 - 18:33 -
Direktorların işə qəbulu üzrə növbəti onlayn sınaq imtahanı keçiriləcək
25.02.2021 - 12:12 -
“Xocalı soyqırımını unutma!” adlı onlayn rəsm müsabiqəsi keçirilib
25.02.2021 - 10:55 -
Onlayn müsahibə mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib
24.02.2021 - 19:53 -
Media nümayəndələri üçün onlayn təlim keçirilib
24.02.2021 - 15:33