• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Məktəblinin dostu" layihəsi çərçivəsində onlayn təlimlər

“Məktəblinin dostu” layihəsi çərçivəsində şagirdlər üçün onlayn təlimlərə start verilib.

VII, VIII və IX sinif şagirdləri arasında təşkil olunan təlimlərin əsas məqsədi şagirdlərdə iradə və özünəinamın artırılması, emosiyaların düzgün müəyyən edilməsi və idarə olunması, şəxsi inkişafla bağlı analiz etmə, özünüidarə bacarıqlarının formalaşdırılmasıdır.

“Özünə əminlik”, “Sosial-emosional bacarıqların inkişafı”, “Özünəinam və şəxsi inkişaf” və digər mövzularda təşkil olunan təlimlər layihənin Psixoloji Mərkəzi tərəfindən həyata keçirilir.

Təlimin proqramı şagirdlərin qabiliyyət və bacarıqlarını məqsədyönlü istifadə etməyə, gələcək planlarını həyata keçirmək üçün istiqamət verməyə, ətrafdakı insanlarla ünsiyyət və münasibətin yaxşılaşdırılmasına, onların sosial fəallığının yüksəldilməsinə yönəldilib.

İlk olaraq, şagirdlərə mövzu ilə bağlı müxtəlif tapşırıqlar verilir. Məhz bu tapşırıqlar vasitəsilə onların ünsiyyət prosesində hansı çətinliklərlə qarşılaşdıqları aşkara çıxarılmış olur.

Qeyd edək ki, hazırda 20 -ə yaxın məktəbi əhatə edən təlim proqramının gələcəkdə layihənin tətbiq olunduğu digər məktəb şagirdləri üçün də təşkili nəzərdə tutulur.


3 il əvvəl