• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"Qələbə dərsləri"

Azərbaycan xalqının Vətən müharibəsində şanlı qələbəsini müxtəlif fənlərdə əks etdirməyə dəstək məqsədilə dərslik müəllifləri "Qələbə dərsləri" adlı könüllü layihəyə qoşulublar. Layihənin icrasında müxtəlif nəşriyyatlar da yaxından iştirak edir.

Layihə çərçivəsində hər fənnin məzmununa üzvi şəkildə inikas olunmuş mövzuları müvafiq siniflər üzrə distant dərs zamanı istifadə etmək planlaşdırılır. İlkin olaraq biologiya fənnindən VI, IX, X və XI siniflər üzrə uyğun materiallar tərtib edilib və müəllimlərin istifadəsi üçün Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin ( ARTİ TİPİM) rəsmi səhifəsində yerləşdirilib. Digər fənlər üzrə də mövzular hazır olduqca həmin səhifədə paylaşılacaq.

Müəllimlərdən bu materiallardan distant dərslərdə fəal istifadə etmək, öz qeydlərini və şagirdlərinin reaksiyaları barədə məlumatı ARTİ TİPİM-ə bildirmək xahiş olunur.

Mövzularla qeyd edilən linkə ( http://www.tipii.edu.az/az/article/618-quot-qalaba-darslari-quot-silsilasindan-movzular) daxil olaraq tanış ola bilərsiniz.


3 il əvvəl