• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

5 azərbaycanlı gənc Rumıniyada təhsil almaq imkanı qazanıb

Rumıniyanın Milli Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair bağlanmış müqavilə əsasında 2020-2021-ci tədris ili üzrə Rumıniya ali təhsil müəssisələrində təhsil üçün keçirilmiş müsabiqə nəticəsində 5 Azərbaycan vətəndaşının namizədliyi müsbət qiymətləndirilib.

Qalib namizədlər Rumıniyanın “University of Agronomic Sciences and Veterinary Medicine of Bucharest”, “Bucharest University of Economic Studies”, “University of Bucharest”, “University Oil Gas Ploieşti” və “Ovidius University of Constanta” ali təhsil müəssisələrində magistratura və doktorantura səviyyələrində biotexnologiya, təsviri incəsənət, neft-qaz çıxarılması, iqtisadiyyat və filologiya ixtisasları üzrə təhsil alacaqlar.

Qeyd edək ki, təqaüd proqramının tələblərinə uyğun olaraq, tələbələr 1 il müddətində ödənişsiz rumın dili hazırlığına cəlb olunacaq. Bununla yanaşı, onların təhsil haqqı, yataqxana xərci, aylıq təqaüd və tibbi sığorta xərcləri Rumıniya tərəfindən, yol xərci isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qarşılanacaq.

Müvafiq təqaüd proqramı barədə elan 5 mart 2020-ci il tarixində verilib.


3 il əvvəl