• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

BDU-da təqdimat

Oktyabrın 4-də Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Türk Akademiyasının, Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü və BDU-nun təşkilatçılığı ilə ikinci Göytürk dövlətinin qurucusu İltəriş Kutluq Xaqana (VII əsr) aid yeni yazılı daş kitabə və abidə kompleksinin təqdimatı keçirilib. 


Tədbirdə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Beynəlxalq Türk Akademiyasının vitse- prezidenti Füzuli Məcidli, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri Serzhan Adykarimov, Macarıstan Səfirliyinin, TURKPA, Türk Mədəniyyəti və İrsi Fondunun və Elm və Təhsil Nazirliyinin nümayəndələri iştirak edib. 


Tədbirdə çıxış edən nümayəndələr yeni aşkarlanan yazılı daş kitabə və abidə kompleksinin türk dünyasında əhəmiyyətini, qədim tarixə malik olan yazı tariximizin və dəyərlərimizin qədim və zənginliyini qeyd edib.


Qeyd edək ki, Beynəlxalq Türk Akademiyası (BTA) və Monqolustan Elmlər Akademiyası tərəfindən aparılan birgə arxeoloji qazıntılar zamanı Monqolustanın Nomqon vadisində aşkar edilən türk dünyası üçün böyük əhəmiyyət daşıyan yazılı daş kitabə və abidə kompleksi təqdimatının Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdə keçirilməsi nəzərdə tutulur.  26 sentyabr 2022-ci il tarixində “2022-ci il Türk dünyasının Mədəniyyət Paytaxtı” Bursa şəhərində sözügedən yazılı daş kitabə və abidə kompleksinin təqdimatı baş tutub. Eyni zamanda, 15 dekabr 2022-ci il tarixində UNESCO qərargahında təqdimatın keçirilməsi planlaşdırılır.
 


1 il əvvəl